derman

Bu dərmanları qəbul etməyin, yoxsa… – Hər KƏS İSTİFADƏ EDİR

Baxış sayı: 1. 581

Tərkibindəki əsas maddə ibuprofen olan və çox istifadə edilən dərmanlar yüksək dozada qəbul edildiyi zaman sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsinə səbəb ola bilər.

“Gencaile.az” xəbər verir ki, bu barədə Fransa və danimarkalı alimlərin son araşdırmasında qeyd olunur.

Belə ki, iltihablaşmaya qarşı və ağrıkəsici xüsusiyyətinə malik olan dərmanların çoxunun tərkibindəki əsas maddə ibuprofendir. ABŞ-ın Milli Elmlər Akademiyasının PNAS jurnalında yayımlanan məqaləyə görə, ibuprofen adlı maddəni çox qəbul etmək “kişilik hormonu” adlandırılan testesteronun istehsalına təsir edir. Bu, sonrakı yaşlarda cinsi istəyin azalması, depressiya və əzələ əriməsinə yol açır.

Alimlər bildirir ki, hamiləlik zamanı aspirin, parasetomol və ibuprofen tərkibli digər dərmanların qəbulu oğlan uşaqlarının cinsiyyət orqanının inkişafına təsir edir. Fransa və danimarkalı alimlər bu araşdırmanı əvvəlcə hamilələr üzərində sınaqdan keçirib, sonra isə bu sınaqlar sağlam kişilər üzərində aparılıb.

Fransanın Ətraf Mühit və Sağlamlıq araşdırma İnstitutundan Bernard Jegou və Kopenhagen Universitetindən bir qrupla birlikdə apardığı kliniki araşdırmaya 8-35 yaş arası sağlam kişilər cəlb olunub. 6 həftə müddətində gündə 2 dəfə 600 milliqram (3 həb) əsas maddəsi ibuprofen olan dərmanlar qəbul etdirilib.

Bir müddət sonra sınaqlarda estesteronun istehsalına səbəb olan “luteinizan” hormonunun səviyyəsinin artdığı, ancaq testesteronun azaldığı müəyyən edilib. Ancaq alimlər dəqiq nəticələr əldə etmək üçün daha geniş qruplarda bu üsulun sınaqdan keçirilməsinin vacibliyini bildirib.

“İbuprofen”- temperatur endirmək, intihablaşmanı aradan qaldırmaq və ağrıkəsici effektinə görə soyuqlama və revmatizm ağrıları da daxil olmaqla bir çox xəstəliklərdə istifadə edilir. Alimlər bu dərmandan az hallarda istifadə edilməsinin ciddi bir problemə səbəb olmayacağını deyir. Amma uzun müddətli istifadə təhlükəlidir.

Məsələn, gənc idmançılar bu cür dərmanları dopinq təsiri yaratmadan ağrıkəsici olaraq mütəmadi istifadə edir. Həmçinin oynaq ağrıları və revmatizmdən əziyyət çəkən xroniki xəstələr bu dərmanlardan uzun müddət faydalanırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir