sogan

Soğan hansı orqanlar üçün faydalıdır?

Baxış sayı: 1. 711

Qış fəslində ən çox ehtiyac duyulan tərəvəzlərdən biri də soğandır. Qoxusuna görə bir çoxlarının çiy-çiy yeməkdən imtina etdiyi quru soğanın insan orqanizminə faydaları çoxdur. Beləliklə, soğanın 12 faydasını təqdim edir.

1. Soğan antibiotik, antiseptik, antibakterial özəllikləri ilə xəstəlik və infeksiyalardan uzaq durmanıza yardımçı olur.

2. Qrip, qızdırma, öskürək və allergiyalarla mübarizədə çox böyük effekt verir. Soğan suyu ilə balı qarışdırıb içməklə bu xəstəlikləri asanlıqla sağalda bilərsiniz.

3. Bir parça kiçik soğanı qoxulamaq burundakı qanamanı yavaşladır və dayandırır.

4. Hər gün 1 soğan yemək yuxusuzluğın və kabusların qarşısını alır. Bu da sizin rahat yatmanıza səbəb olacaq.

5. Əgər həzm sisteminizlə bağlı probleminiz varsa, soğan yeyin. Bu, həm də bağırsaqlarının fəaliyyətini rahatladacaq.

6. Hər gün soğan yemək gələcəkdə sizi sümük əriməsi xəstəliyindən qorumuş olacaq.

7. Soğan suyu üz yanıqlarına, həşərat, həmçinin arı sancmalarına qarşı çox təsirlidir. Ola bilsin həmin yerə soğan suyu vurmanız oranı göynədəcək, amma vəziyyətin tezliklə düzəlməsinə köməklik edəcək.

8. Soğanın xərçəng xəstəliyindən qoruma özəlliyinin olduğu bildirilir. Xüsusilə beyin törəmələrində, qırtlaq xərçənginin qarşısını almaqda mühüm rol oynayır.

9. Güçlü yaddaş və sağlam bir sinir sisteminizin olması üçün soğan yemək şərtdir.

10. Soğanın çox da bilinməyən bir özəlliyi də ağrılara qarşı effektli olmasıdır. Hind yağı ilə qızardılmış soğanı vücudunuzun ağrıyan yerinə qoyduqda ağrının kəsdiyini görəcəksiniz. Başqa bir yağ ilə qızardılanda eyni effekti vermir.

11. Soğanın tərkibində olan yağlar orqanizmdə insulin istehsalını stimullaşdırır və qanda şəkərin miqdarını azaldır.

12. Soğanın tərkibindəki maddələr qan təzyiqini normaya salır, ürəyin fəaliyyətinə müsbət təsir göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir