beyin

İnsan orqanizminin sirli xüsusiyyətləri – FOTOLAR

Baxış sayı: 2. 141

İnsan bəşəriyyətin ən möcüzəli varlığıdır. İnsan orqanizmi, onun fəaliyyəti, daxili və xarici orqanların xüsusiyyətləri və s. Bütün bu proseslər mürəkkəb strukturun bir hissəsidir. İnsan bədənində 206 sümük, 32 diş, 10 barmaq, iki göz, iki qulaq, bir burun, bir ağız, bir ürək, iki böyrək və.s saymaq olar. Lakin bunlar hələ hamısı deyil.

Bizə elə gəlir ki, biz bədən üzvlərimiz haqqında hər şeyi bilirik. Amma insan orqanizminin mürəkkəb quruluşunda xeyli sirli məqamlar var.

“Gencaile.az” sizə insan orqanizminin maraqlı sirli xüsusiyyətlərini açıqlayır:

 

1. Omba sümüyünün möhkəmliyi qranitə bərabərdir – İnsan sümüyü – Yer üzündə ən möhkəm materiallardan biridir. Möhkəmliyinə görə onu beton və təxminən qranitlə müqayisə etmək olar. Təsəvvür edin, kibrit qutusu ölçüsündə sümük 9 ton kütlənin ağırlığına dözə bilər. Bu ağırlıq beton divarın daşıya biləcəyi ağırlığın 4 qatıdır. İnsan bədənində ən böyük sümük – böyük omba sümüyüdür. Hansını ki, yalnız ekstremal şəraitdə (avtomobil qəzası) sına bilər.

2. Orqanizmdə hüceyrələr saniyədə 25 milyon dəfə yenilənir – Bədənimizin hüceyrələri ən önəmli funksiyanı yerinə yetirir. Hər saniyədə 25 milyon dəfə yenilənən hüceyrələrin sayəsində orqanizm özünü tənzimləyir. Orqanizmin ən önəmli müdafiə qatı dəridir. Dəri toxumaları xarici mühitlə təmasda olduğu üçün tez-tez dəyişikliklərə məruz qalır. Məhz sürətlə yenilənən hüceyrələr sayəsində dəridə olan kəsiklər, müxtəlif yaralar, yanıqlar qısa müddətdə sağalır.

3. İnsan bədənində mövcud olan damarların ümumi ölçüsü 100 min kilometrdir. Əgər insan orqanizmində böyük arteriyallardan kiçik kapilyarlara qədər bütün damarları bir xətt üzrə ağız-ağıza qoysaq, yer kürəsini iki dəfə sarımaq olar.

4. İnsan beyni dəqiqədə 1000 söz oxuya bilər. Araşdırmalara görə insanlar kitabı səssiz oxuyarkən ucadan oxuduqlarından 2 dəfə daha sürətli oxuyurlar. Ümumi götürsək, 3 cür oxunuş forması mövcuddur – bədahətən yəni sərbəst cümlələr quraraq, ucadan oxuyarkən və vizual oxuma – yəni səssiz. Sözləri özümüz seçsək də, bu şəkildə insan beyni ən ləng nəticəni göstərib – dəqiqədə 250 söz. Ucadan oxuyarkən beynimiz dəqiqəyə 450 söz oxuya bilir. Amma vizual oxuma zamanı dəqiqədə 700 söz qeydə alınıb. Bəzən sürətli oxuyan gəncləri görüb heyrətlənirik. Bu bütün insanlarda belədir. Sadəcə aktiv şəkildə çox mütaliə edərək bu nəticələri və hətta daha yüksək nəticələrə nail olmaq

5. İnsanın saçları dəhşətli dərəcədə güclüdür. Orta hesabla, insanın başında təxminən 150 min tük bitir. Birlikdə toplanmış saç 12 ton ağırlığı qaldıra biləcək gücə malikdir. Bu təxminən iki nəhəng filin çəkisi deməkdir. Bundan başqa bir tel çəkisi çox olmayan kiçik bir butulkanı qaldıra bilər.

6. Qadınlar kişilərə nisbətən rəngləri daha yaxşı ayırırlar.

İnsan orta hesabla milyon rəng və onun müxtəlif çalarlarını ayırmağı bacarır. Rəngi seçmək üçün gözlərdə xüsusi neyronlar və dəqiq seçimi tənzimləyən kiçik kolbalar mövcuddur. Kiçik kolbaların əksər hallarda 3 tipi məlumdur. Birinci genetik mutasiyalar zamanı yaranan 4-cü dərəcəli kolbalardır ki, onların sayəsində insanlar normal gözlə seçilməyəcək rəngləri, rəng çalarlarını belə rahat ayıra bilirlər. Tetraxromat tip insanlar rənglərdə bəzən seçim edə bilir, bəzən isə yox. Digər növ isə 100-ə yaxın rəng və rəng çalarlarının seçimini təmin edir. Bu proseslər yalnız qadın orqanizminə xasdır. Bir də daltonizm anlayışı var. Görmə pozulması ilə səciyyələndirilən və rəng seçimi verməyən xəstəlikdir. Statistikaya görə, kişilərdə xüsusilə tez-tez rast gəlinir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir