Hava dəyişikliyi çiçəklərə mənfi təsir edir. Çiçəklərin qış aylarında da canlı ola bilməsi üçün diqqətlə qulluq edilməsi lazımdır. “Gencaile.az” evdə çiçək saxlayan şəxslərə bununla bağlı bəzi tövsiyələr təqdim edir.
Saxsı qablardakı çiçəklər qışda soyuq havayla əlaqədar olaraq daha gec böyüyər. Əgər sobalı evdə yaşayırsızsa, çiçəklərin olduğu otaqda istiliyi tənzimləməlisiz. Otağın nə çox isti, nə də çox soyuq olmamasına diqqət edin.
Qışda çiçəklərin sadəcə istiliyinə deyil, sulanmasına da diqqət etmək lazımdır. Qışda çiçəklər mümkün olduğunca az sulanmalıdır. Çox su istəyən çiçəyiniz varsa, sulanma aralığını dəyişdirməlisiz.
Qış aylarında çiçəklərin yerlərini dəyişin. Ancaq bir çiçək yerini sevirsə, dəyişdirməyin. Sola bilər. Çiçəklərin yerini mövsümdən mövsümə dəyişmək lazımdır.
Otağın daha az nəmli olmasına diqqət edin.
Otağın havası dəyişərkən çiçəyin pəncərəyə yaxın olmamasından əmin olun.
Soyuq suyla sulamayın.