alpinist

Everestə çıxmaq üçün həyatını fəda edən alpinistlər – FOTOLAR

Baxış sayı: 2. 024

Bildiyimiz kimi, Everest dünyanın ən uca zirvəsidir. Onun hündürlüyü 8 min 848 metrdir. Bu dağa dırmanmaq hər bir alpinistin arzusudur. Ancaq statistikaya görə, dağa çıxan hər 10 nəfərdən biri ölür. Everestdə 250-dən çox cəsədin olduğu bildirilir. Everestə çıxan və bu yolda həyatını fəda edən 10 alpinistin ölüm hekayəsi:

 

1996-cı ildə Everestə çıxan hindli alpinist Tsevanq Paljor qorxunc bir qar fırtınası zamanı həyatını itirib. Geyindiyi parlaq botlara görə “Yaşıl botlar” adı verilən idmançının cəsədi 2014-cü ildə daha aşağı bir yerə endirilib.

Fransis oksigen balonundan istifadə etmədən Everestə çıxan ilk amerikalı qadın olmaq istəyirdi. Bundan ötrü iki dəfə sınaq keçirən alpinist üçüncü dəfə bunu bacarıb. Ancaq sevincini qeyd etməyə fürsəti olmayıb…

İngilis macərapərəst alpinist Devid Şarp 2006-cı ildə “Yaşıl bot”ların olduğu yerdə fasilə vermək üçün başını dizinə qoyub və bir daha oyanmayıb. Devidin halının pisləşdiyini, kömək istədiyini eşidən 40 alpinist isə ona yardım etməyib.

1924-ci ildə missiyasını tamamlayan Corc Mellorinin cəsədi 75 il sonra tapılıb. Mellorinin zirvəyə çatıb-çatmaması isə bilinmir. Bəlkə də, zirvəyə çatan ilk insandır.

Hennelor Şmatz Everestdə ölən ilk qadın alpinistdir. O, 1979-cu ildə soyuq və şaxtalı havaya tab gətirməyərək həlak olub.

İngilis pilot Mauris Vilson Corc Mellorinin olduğu yeri keçib, Everestə çatacağına inanırdı. Ancaq 1934-cü ildə çıxdığı macəra dolu yol yarımçıq qalıb və qar fırtınasına düşüb. Cəsədi tapılan Maurisin çantasından dırmanmaq üçün sərf etdiyi əzm və hisslərini ifadə etdiyi bir gündəlik tapılıb.

Marko Siffredi və dostu dağın zirvəsinə snoubord edərək 12 saatda çıxıb. Fasilə verən Siffredinin son sözləri “Çox yorğunam. Qar həddindən artıq çoxdur” olub. O, geri dönə bilməyib və həlak olub.


1996-cı ilin yaz ayı Everestin ən qaranlıq zamanları adlanır. Həmin vaxt Everestdə səkkiz alpinist həyatının itirib. Onlardan biri də Yasuko Namba idi.

“Seven Summits Challenge” (Everestə yeddi dəfə çıxmaq) adlanan yarışmanın dördünü tamamlayan Piter Kinloç beşincisini də həyata keçirmək istəyib. Zirvədən geri qayıdan Piterin yolda gözü görməməyə başlayıb. Ona bölgəyə kömək çağırılandan sonra 12 saat dərman və oksigen verilib. Hava qaralandan sonra isə yardım komandası geri qayıdıb. Aylar sonra dağa çıxmağa qərar verən Piterin dostu onun cansız bədəni ilə qarşılaşıb.

Karl Qordon Heniz 1993-cü ildə uzun məsafəli tapşırıqların insan bədəninə təsirlərini ayırd etmək üçün Everestə çıxıb. Ancaq o, NASA-nın yaratdığı cihazı fərqli sıxlıqlarda radiyasiyaya məruz buraxmağa çalışarkən yolçuluğunun ikinci günündə yüksək sıxlıq səbəbilə həyatı itirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir