qadin

2018-ci ilin bijuteriya trendləri – FOTOLAR

Baxış sayı: 1. 484

Bijuteriyanın da trendi olurmu deyə təəccüblənməyin. Dərhal bəzək əşyalarınızı gözdən keçirib bəzilərini yeniləri ilə dəyişdirməyə tələsin. “Gencaile.az” “Ailem.az”-a istinadən 2018-ci ilin bijuteriya trendlərini diqqətinizə çatdırır.

 

Asimmetrik halqalar
Ötən il 80-ci illərin stili olan qalın halqa sırğaların yüksəlişinə şahid olduq. 2018-ci ildə bu halqa sırğaların asimmetrik formalı olanlarını görəcəyik.

 

Sancaqlar

Zər-zibalı sancaqlar 2017-ci ilin podiumlarını bəzədi. Bu o deməkdir ki, bu il də şallarda, yaxalarda və çantalarda bol şəkildə sancaqlarla rastlaşacağıq.

 

Xalxal

Xalxalların modası heç bir zaman keçmir. Ancaq bu il xalxalınız yoxdursa, deməli, dəbdən geri qalmısınız. Topuqlarınızı incə xalxallarla bəzəmək üçün yay tətilini gözləməyin.

 

Çeçələ barmaq üzüyü

90-cı illərin çeçələ barmaq üzükləri də 2018-ci ildə geri dönür. Həm zərif, həm də imzanız kimi barmağınızda daşıya bilərsiniz.

 

Çiyinlərə uzanan sırğalar

Bir neçə mövsümdür ki, dramatik sırğaların yüksəlişinə şahid oluruq. Bu mövsüm daha böyük, daha iddialı, daha şıq sırğalara hazır olun. Qaşlı, parlaq, qızılı, qotazlı – ağlınıza nə gəlirsə.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir