Aparılan araşdırmaya əsasən mütəxəssislər orqazm olmağın daha başqa növləri olduğunu qeyd edirlər. Hamımıza məlum olan G nöqtəsi və klitorisdən başqa öpüşərək, döş uclarına toxunaraq hətta düşünərək orqazm olmaq mümkündür. Xüsusilə də cinsi əlaqə zamanı orqazm olmaqda çətinlik çəkirsinizsə digər üsullar sizə kömək ola bilər.
G nöqtəsi orqazmı
Cinsi münasibət zamanı ən güclü orqazm yaşamağa G nöqtəsi kömək olur.
Döş orqazmı
Bir çox qadının döş orqazmından xəbəri belə yoxdur. Sience of Relationships ( Münasibət elmi) -in apardığı araşdırmaya görə, döş uclarına toxunularaq orqazma çatmaq mümkündür. Vagina və klitorisə toxunulduğu zaman yaranan hisslər eynilə də döş uclarına toxunulduğu zaman yaranır. Bundan da belə nəticəyə gəlmək olar ki, döş uclarına toxunulduğu zamanda orqazm olmaq mümkündür.
Dodaq orqazmı
Uzun müddət və çox ehtiraslı öpüşmə zamanı da orqazm olmaq mümkündür. Çünki dodaqlar da döş ucları, klitoris və vagina kimi həssasdır. Bu həssaslıq nəticəsində də bir çox qadın fiziki təsir olmadan da orqazm ola bilir. Ancaq dodaq orqazmı üçün çox yaxşı öpüşən partnyora ehtiyacınız var.
Anal orqazm
Anal seks bir çox qadının seçimi deyil. Ancaq mütəxəssislər bu yolla da orqazm olmağın mümkünlüyündən danışırlar. Yumşaldıcı istifadə edərək və mümkün olduqca zəif hərəkətlərlə başlayan anal seks bir çox qadın üçün olduqca zövqlüdür. Bu hissədə yerləşən güclü əzələlər qadınların orqazm olmasını rahatlaşdırır. Ancaq bədənə ziyan verməsin deyə uzun müddət davam etməsinə icazə verilmir.
Klitoral orqazm
8 min sinir hüceyrələrinin mövcud olduğu və qadının ən həssas orqanıdır. Bu qədər çox hüceyrələr mövcud olduğu üçün qadınlara zövq vermək funksiyası yerinə yetirir. Digər orqazm növlərini yaşamayan bir çox qadın cinsi münasibət zamanı oral seks və ya masturbasiya vasitəsilə orqazm ola bilirlər.
Qarışıq orqazm
Eyni anda birdən çox orqana toxunularaq orqazma çatmaq mümkündür. Seks zamanı döş uclarına toxunmaq, öpüşmək və ya oral seks zamanı G nöqtəsinə təzyiq edilməsi qarışıq orqazmın ən asan yoludur.
Mental orqazm
Fiziki toxunma olmadan sadəcə düşüncə gücü ilə də orqazma çatmaq mümkündür. Nəfəs və ya cinsi fantazilərdən yararlanaraq sadəcə düşüncə gücü ilə orqazm yaşamaq mümkündür. Çünki əslində ən böyük seks orqanımız beynimizdir və yetəri qədər konsentrə olaraq orqazm olmaq mümkündür.