qan qrupu

Ən şanssız qan qrupları

Baxış sayı: 1. 463

Qan qrupu A, B və ya AB olan şəxslərin infarkt, sinə ağrısı kimi xəstəliklərə tutulma riski “O” növü ilə müqayisədə 40 faiz daha çoxdur.

ABŞ-da aparılan bir araşdırmaya görə, bəlli qan qruplarına malik şəxslər hava kirlənməsinə daha çox reaksiya verirlər.

İntermountain Tibb Mərkəzindən açıqlanan araşdırmada xəstələrin 14 illik göstəriciləri əsas tutulub. Araşdırmanın nəticəsində A, B və ya AB qan qrupuna sahib olan şəxslərin hava kirliliyindən də çox təsirləndiyi bildirilib.

Alimlər qeyd edib ki, hansı qan qrupunun hava kirliliyindən daha çox əziyyət çəkməsi barədə məlumatlar var. Lakin infarkt riskinə görə ilk dəfə araşdırma aparılır. Araşdırma ilə bağlı açıqlama verən doktor Bencamin Horne bu qan qrupuna aid şəxslərin riski azaltmaq üçün kirlilikdən mümkün qədər uzaq olmalarını, idman etmələrini tövsiyə edib.

Qeyd edək ki, insanda 4 qan qrupu olduğu müəyyənləşibb. Bu qan qruplar O (I qrup), A (II qrup), B (III qrup) və AB (IV) olaraq işarə edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir