Bir iş sahibi işçilərini yüzlərlə tərcümeyi-hal arasından seçərək komandasına qatır. Burada onun üçün önəmli olan işçinin tərcümeyi-halındakı bir neçə özəllikdir. Mütəxəssislər bildirirlər ki, gələcəkdə “ixtisaslaşma” deyə bir anlayış qalmayacaq. İşə götürərkən isə təcrübədən əlavə, bir neçə önəmli özəllik soruşulacaq. Buna görə də gələcəkdə işsiz qalmaq istəmirsinizsə, aşağıdakı siyahının tələb etdiyi özəllikləri elə bu gündən etibarən qazanmağa başlamalısınız.
Bir işi qazanmaq üçün onun həm də haqqını vermək lazımdır. Bunun üçün haradan, nədən başlamaq çox önəmlidir. Düzgün bir başlanğıc edib, özünüz üçün keyfiyyətli tərcümeyi-hal yazsanız, istənilən halda işə qəbul ediləcəksiniz. Çünki nə istədiyini və haradan başlamaq lazım olduğunu bilən insana hər yerdə yaşıl işıq yanır.
“Gencaile.az” seçilən işçi olmaq üçün CV-də mütləq yazılması lazım olan özəllikləri təqdim edir.
Yaxşı bir iş tapmaq üçün klassik CV hazırlamaq yetərli deyil. Artıq CV-lərdə vacib məlumatlarla, yanaşı bir neçə özəllik tələb edilir.
1. Kompüter bilgisi
Kompüter bilgisi xanasında istifadə edə bildiyiniz bütün proqramları yazmaq məcburiyyətində deyilsiniz. Bu həm kobud mənada görməmişlik kimi çıxır, həm də nə istədiyinizi bilməmənizi göstərir. Həmin xanaya sadəcə işin tələb etdiyi bilgiləri yazsanız, kifayət edər.
2. Hobbilər
Məşğul olduğunuz hobbilər qarşı tərəfə sizin haqqınızda incə detallar verəcək. Bu səbəbdən hobbiləri yazarkən ümumi ifadələrdən istifadə etməkdən çəkinmək lazımdır. Bunun əvəzinə qorxu filmləri seyr etmək, maket təyyarə düzəltmək, makro fotoqraflıq kimi incə detallı örnək ifadələrdən istifadə edə bilərsiniz.
3. Dövrün özünəməxsus peşəsi: Sosial Media Mütəxəssisliyi
Hazırda sosial media çox önəmli bir pozisiyada yer alıb. CV-lərdə çoz zaman “LınkedIn”, “Twitter” kimi sosial media hesablarının linkləri tələb edilir. Xüsusilə özəl qurum və firmaların sosial mediadan bilgisi olan gənc və dinamik işçilərə çox ehtiyacı olur. Buna görə də bir neçə sosial media hesabından istifadə etmək sizin yararınıza olacaq.