BAGIRSAQ

“Bağırsaq qripi”ndən necə qorunmalı?

Baxış sayı: 1. 384

Son vaxtlar əhali arasında yayılan qrip növlərindən biri də “bağırsaq qripi” deyilən infeksion xəstəlikdir. Bu infeksiya yalnız Azərbaycanda deyil, qonşu ölkələrdə də yayılıb. Maraqlıdır, hər kəsi təlaşa salan bağırsaq qripinin ilkin əlamətləri nədir?

Mütəxəssislər “bağırsaq qripi”nin infeksion xəstəlik olduğunu və bu xəstəliyi rotavirusun törətdiyini bildirirlər. Xəstəlik zamanı əsasən mədə-bağırsaq sistemi zədələnir və bu səbəbdən xəstəlik məhz “bağırsaq qripi” adlandırılır. Bağırsaq qripinə istənilən yaşda təsadüf edilir. Xüsusilə bu xəstəlik uşaqlarda və immun sistemi zəif olan insanlarda tez-tez inkişaf edir.

İlk dəfə 1973-cü ildə avstraliyalı mütəxəssislər tərəfindən aşkar olunmasına baxmayaraq rotavirus inveksiyası müasir dövrdə öz aktuallığını saxlayır. Bəzi statistik məlumatlara görə, 3 yaşına qədər uşaqlarda müşahidə edilən ishalların 95 faizi rotaviruslar vasitəsilə törədilir.

Orqanizmə düşdükdə virus mədə-bağırsaq sisteminin, xüsusilə nazik bağırsağın, selikli qişasının hüceyrələrinə daxil olur. Bunun nəticəsində bağırsaqların daxili səthini örtən tükcüklər məhv olur. Bu tükcüklər qidanın həzmində və sorulmasında böyük rol oynayır. Bu proses pozulduqda qida normal həzm olunmur və sorulmur ki, nəticədə güclü ishal inkişaf edir. Xəstəliyin əlamətləri 24-48 saat ərzində özünü büruzə verir. İlk əlamətləri mədə bulantısı, qusma və ishaldır. Daha sonra qızdırma, halsızlıq, qarında tutma şəkilli ağrılar, iştahanın azalması, öskürək, zökəm, zəiflik, halsızlıq, baş ağrıları (intoksikasiya səbəbindən) olur. Xəstəliyin kəskin dövrü 7 gün davam edir. Bu vəziyyətdə dərhal həkimə müraciət vacibdir. “Bağırsaq qripi” zamanı xəstədə ishal və qusmanın inkişaf etməsi orqanizmdə güclü susuzlaşma yaradır ki, bu da uşaqlar üçün həyati təhlükə yarada bilər.

Qeyd edək ki, “bağırsaq qripi” ilə yanaşı tərəvəz və keçi qripləri də mövcuddur. Ümumiyyətlə, bütün viruslar kimi qrip virusu da zamanla dəyişikliyə və mutasiyaya uğrayır. Orqanizm ona qarşı əks-cisimlər hazırlayana qədər virus dəyişir və yaranmış əks-cisimlər onu tanıya bilmir. Nəticədə virus orqanizmin immun sisteminin zərbəsindən yayına bilir və daim xəstəlik törətmyə qadirdir. Hər il qripdən orta hesabla 20-30 min arası insan dünyasını dəyişir.

Lakin Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal Musayev yayılan infeksiyanın “bağırsaq qripi” olmadığını deyir:““Bağırsaq qripi” deyilən bir xəstəlik yoxdur. Sadəcə, mövsümlə əlaqədar yayılan qrip virusu var ki, bu da fevralın ilk on günlüyündən sonra azalmağa başlayıb. Sadəcə olaraq, əvvəlki illərə nisbətən bu qrip ağır keçdiyinə görə insanlar arasında təlaş yaradıb. Amma əvvəlki illərin eyni dövrü ilə müqayisədə qripə yoluxanların sayında artım müşahidə olunmur. Bütün hallarda qrip xəstəliyi təhlükəlidir. Pasiyentlər xəstəlik dövrünü yataqda keçirməli, həkimə müraciət etməli və müalicə qəbul etməlidirlər. Həkimin bütün göstərişlərinə əməl edəndə qripin ağır keçirilməsinin təhlükəsi olmur. Bu cür soyuqdəymə nəticəsində ishal da ola bilər. Amma bağırsaq qripi deyil”.

Adil Qeybulla ile ilgili görsel sonucu

Tibb elmləri doktoru, professor Adil Qeybulla da bildirdi ki, bütün virus infeksiyalara ciddi yanaşılmalıdır: “Mən deməzdim ki, hazırda xəstəxanalar bu cür infeksion xəstəlik qapmış xəstələrlə doludur. Sadəcə olaraq, Azərbaycanda hazırda xeyli kəskin respirator xəstə var. Onların əksəriyyəti ambulator qaydada müalicə olunurlar. Təbii ki, ola bilsin, müəyyən kateqoriyalı xəstələr infeksion xəstəliklər şöbəsində, terapiyada və sairədə yatsınlar. Əslində ”bağırsaq qripi” deyəndə bu bağırsağın əlamətləri ilə davam edən kəskin respirator infeksiyadır. Əhalinin bundan necə qorunması, nələrə riayət etməsi ilə bağlı Səhiyyə Nazirliyi insanları məlumattlandırmalıdır. Buna görə də əhali arasında şayiələr baş alıb gedir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir