mataskilet

Ən təhlükəsiz minik vasitələri və bizi ölümə yaxınlaşdıran 20 səbəb

Baxış sayı: 2. 190

Bu günlərdə dünyanın bir çox yerində təyyarə qəzası baş verib. Bu isə təyyarə qəzalarının insanların həyatını necə riskə qoyması, bu nəqliyyat növünün digərləri ilə müqayisədə daha az və ya daha çox təhlükə yaratması ilə bağlı sualları aktual edir. Məsələn, insanlar avtomobil qəzasında daha çox həyatını itirir, yoxsa təyyarə qəzasında? Və ya bəlkə təbii fəlakətlərdə, başqa növ qəzalarda?

 

Təyyarə, ya avtomobil qəzası?

PlaneCrashinfo.com saytının 1993-2012-ci illər arasındakı bütün qəzaları araşdıraraq gəldiyi nəticəyə görə, əgər etibarlı və böyük bir hava yolu şirkəti ilə uçursunuzsa, hər uçuş üçün qəzada ölmə ehtimalınız 4.7 milyonda 1, təhlükəsizlik baxımdan keçmişi o qədər də xoş olmayan bir hava yolu şirkəti ilə uçursunuzsa, bu halda ölmə ehtimalınız 2 milyonda 1-dir.

Amerikanın Beynəlxalq Təhlükəsizlik Qurumunun statistikasına görə, hər bir ABŞ vətəndaşının həyatı boyu təyyarə və ya kosmos səyahətində ölmə ehtimalı 8 min 357-də 1-dir. Buna qarşılıq istilik vurmasından ölüm ehtimalı 8 min 328-də 1, piyada olaraq qəzada ölmə ehtimalı 723-də 1, düşərək ölmə ehtimalı 152-də 1, zəhərlənərək ölmə ehtimalı 119-da 1-dir. Təbii ki, xərçəng, infarkt, içində olduğunuz maşının qəza etməsi nəticəsində ölmə ehtimalınız daha yüksəkdir.

Bu rəqəmlərin ardınca hava yolu təhlükəsizliyi mütəxəssisi Carl Rochelle belə bir ilginc analizi edir: “Təyyarədə edəcəyiniz səyahətin ən təhlükəli bölümü aeroporta gedişinizdir”.

2017-ci ilin statistikalarında isə çox daha ilginc bir məqam var. Araşdırmaçılara görə, təyyarə qəzasından ölüm ehtimalı 16 milyonda 1-ə düşüb. Bu statistika ilə 2017-ci il havaçılıq tarixinin ən təhlükəsiz ili olaraq qeydiyyata keçib. Havaçılıq sektorunda aparılan iki araşdırmanın nəticələrinə görö, 2017-ci il statistika tutulmağa başlanan 1946-cı ildən bu yana ticari uçuşlar baxımdan ən etibarlı il sayılır.

Hollandiya mərkəzli məsləhət şirkəti To70 və Etibarlı Havaçılıq Şəbəkəsinin yayımladığı sənədlərə görə, tarixdə ən çox uçuşun baş tutduğu il 2017-ci ildə heç bir sərnişin təyyarəsi ölümcül qəza yaşamayıb. Ən az 14 sərnişin daşıma icazəsi olan kiçik təyyarələr isə 2017-ci ildə beş ölümcül qəza keçiriblər. Bundan başqa, beş daşıma təyyarəsi səfərində də ölüm hadisəsi baş verib. Bu qəzalar nəticəsində təyyarələrdəki 44 nəfər həyatını itirib. Şirkətin keçənilki hesabatında 16 qəzada 303 nəfərin öldüyü bildirilmişdi.

To70 araşdırmaçılarından olan Adrian Young bir insanın təyyarə qəzasında ölmə ehtimalının hazırda 16 milyonda 1 olduğunu vurğuladı. To70-in hesabatına 31 dekabrda Sidneydə düşən bir dəniz təyyarəsində ölən 6 nəfər və Kosta Rikada yerə düşən Cessna Caravan tipli təyyarədə həyatını itirən 12 nəfər daxil eidlməyib. Halbuki bu təyyarələr limit olaraq müəyyən edilən 5 min 700 kiloqramlıq ağırlığın altında qalıb. Bundan başqa, hər iki hesabat da vertolyot və ya hərbi təyyarə qəzalarını özündə əks etdirməyib.

2017-ci ildə ən çox ölüm yaşanan təyyarə qəzası isə Qırğızıstanda yaşanıb. ACT Hava Şirkətinə aid Boeing 747 tipli Türk karqo təyyarəsi Bişkek yaxınlarındakı bir kəndə düşmüşdü. Kənddəki 35 nəfərlə yanaşı, təyyarədəki 4 nəfər də həyatını itirmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci il məlumatlarına görə, hər il 1.2 milyon insan avtomobil qəzaları nəticəsində dünyasını dəyişir. Bu rəqəm az inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Belə ki, dünya avtomobil sayının 54%-ini özündə cəmləşdirən orta və az inkişaf etmiş ölkələr bu ölümlərin 90%-nin yaşandığı ölkələrdir. Bəli, toplam avtomobillərin 45%-ə qədərini özündə cəməşdirən inkişaf etmiş ölkələrdə qəzalar nəticəsində ölənlərin sayı bütün ölümlərin 10%-i qədərdir.

Bu sıralamanın sonunda duran ölkələr qrupu Avropa, ən acınacaqlı ölkələr isə Afrika ölkələridir. Eyni zamanda bəhs olunan rəqəmlərin 23%-i motosiklet, 22%-i piyada, 4%-i velosipet hadisələrinə aiddir.

Rəsmi məlumatlara görə, Azərbaycanda 28 il ərzində (1988-2016-cı illər) 73813 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 26 min 183 nəfər ölüb, 81 min 873 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xatırladaq ki, ötən illər ərzində ən çox yol qəzası və insan tələfatı 1991-ci ildə qeydə alınıb. Həmin il respublika ərazisində baş verən 3336 yol qəzasında 1281 nəfər dünyasını dəyişib. Ən az yol qəzası 1999-2000-ci illərdə baş verib. 1999-cu ildə baş verən 1996 hadisədə 554 nəfər, 2000-ci ildə baş verən 1987 hadisədə isə 596 nəfər dünyasını dəyişib.

 

Ən təhlükəliz nəqliyyat vasitələri moped və velosiped

Hesab edək ki, maşın da təhlükəlidir, təyyarə də. Bəs ən təhlükəsiz 10 nəqliyyat vasitəsi hansıdır? İnternetdə bununla bağlı bir neçə fərqli nəticə olsa da, biz son 2 ilin statistik nəticələrinə əsasən hazırlanmış nəticəni təqdim edək. 2016-2017-ci illər ərzində baş vermiş yol qəzalarının nəticələrinə əsasən ən təhlükəsiz nəqliyyat vasitələrinin siyahısı – ən təhlükəsizindən ən təhlükəlisinə doğru…

 

Moped və motosiklet – ən təhlükəli nəqliyyat vasitəsi:

Statistika – 1.5 milyard kilometrə 125 ölüm;

 

Velosiped:

Statistika – 1.5 milyard kilometrə 35 ölüm;

 

Metro:

Statistika – 1.5 milyard kilometrə 25 ölüm;

 

Su nəqliyyat növü:

Statistika – 1.5 milyard kilometrə 20 faciəvi hadisə;

 

Kosmik gəmilər:

Statistika – 1.5 milyard kilometrə 7 ölüm;

 

Mikroavtobuslar:

Statistika – 1.5 milyard kilometrə 5 ölüm;

 

Avtomobil:

Statistika – 1.5 milyard kilometrə 4 ölüm;

 

Avtobus:

Statistika – 1.5 milyard kilometrə 1 ölüm;

 

Qatarlar:

Statistika – 1.5 milyard kilometrə 0.2 ölüm;

 

Təyyarə:

Statistika – Ölüm ehtimalı 1:8.000.000.0.

Amma bura qədər oxuduqlarınızdan sonra sizə elə gəlməsin ki, nəqliyyat növləri sizi dirigözlü ölümə aparır. Çünki insanı ölümə aparan başqa məqamlar da var ki, bunlar statistikada yer alıb.

 

Hava fişəngi

Təkcə Amerikada ildə təxminən 10.000 adam hava fişənglərinə görə yaralanır. Ölüm ehtimalınız 1/615.488

 

Sunami

Risk ehtimalı əslində yaşadığınız yerə görə çox dəyişir. Ümumi olaraq müəyyən bölgələrdə yüksək risk daşıyır. Amma statistikaya baxsaq, ölüm ehtimalınız 1/500.000

 

Asteroid vurması

Əgər keçmişdə asteroit vurması nəticəsində ölüm ehtimalımız 1/20.000.000 idisə, indi müasir texnologiya nəticəsində ölüm ehtimalı 1/500.000 olaraq hesablanıb. Amma şərtlər nəzərə alınanda, bu, hələ də çox yüksək bir ehtimaldır.

 

İt hücumu

İnsanın “ən yaxın dostum” dediyi it tərəfindən hücuma məruz qalıb, ölmə ehtimalı 1/147.717-dir.

 

Zəlzələ

Zəlzələ ocaqlarına yaxın yerlərdə yaşayan insanlar üçün ölmə ehtimalı önəmli ölçüdə artacaq. Amma statistika baxımında bu hadisəyə görə ölmə ehtimalınız 1/131.890-dir.

 

Zəhərli sancmalar

Bir arının sizi sancıb öldürməsi ehtimalı isə 1/100.000-dir. Bu, bir it tərəfindən dişlənib ölməniz ehtimalından təxminən 2 dəfə daha artıqdır.

 

İldırım düşməsi

Dünyada hər il təxminən 250 min insanı ildırım vurur. Ölüm ehtimalınız 1/83.930.

 

Fil xortumu

Amerika və ya Hindistanda yaşayanlar üçün bu səbəblə ölmə ehtimalı çox daha yüksəkdir. Ölkəmizdə isə çox aşağı səviyyədədir. Amma bununla belə ehtimalınız 1/60.000

 

Qanuni hökm – ölüm hökmü

Çin, Cənubi Koreya, Yəmən, ABŞ və ya İranda yaşamadığınız üçün qanun sizin edamınıza imkan verməz. Amma statistik baxımdan ölüm ehtimalınız 1/58.618.

 

Sel

En geniş yayılmış və təhlükəli təbii fəlakətlərdən biri olan selə görə ölmə ehtimalınız 1/30.000.

 

Təyyarə qəzaları

Təyyarə səfəri, siyahıda da görəcəyiniz kimi, maşın və ya avtobus səfərindən yüzlərlə qat daha etibarlıdır. Ölüm ehtimalınız 1/20.000-dir.

 

Boğulma

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, hər il boğulma nəticəsində on minlərlə insan həyatını itirir. Ölüm ehtimalınız 1/8.942.

 

Elektrik vurması

Elektrik vurması nəticəsində ölmə ehtimalı bir xeyli yüksəkdir. Bu, şimşək çaxması və ölüm hökmü nəticəsində dünyasını dəyişənlərin statistikası ilə müqayisədə daha böyük ehtimal sayılır. Bu halda ölüm ehtimalınız 1/5.000.

 

Velosiped qəzası

Velosiped qəzalarındakı ölümlərin böyük bir qismi maşınların və ya digər yolüstü nəqliyyat vasitələrinin velosipedi vurması nəticəsində baş verib. Velosiped sürürsünüzsə, ölüm ehtimalınız 1/4.717.

 

Təbii güclər

İldırım, xortum, sel, sunami, zəlzələ və digər təbii fəlakətlərin ümumi statistikası olaraq təbii güclər tərəfindən ölüm ehtimalınız 1/3.357.

 

Yanğın və ya tüstü

Yanğınla bağlı ölümlərin %50-80 arası yanğın yerinə tüstü dolması və insanların boğulması nəticəsində baş verir. Amma ümumi olaraq baxanda yanğından ölüm ehtimalınız 1/1.116-dır.

 

Odlu silahla hücum

Amerika, Braziliya və Cənubi Afrikada yaşayanlar üçün ehtimal çox daha yüksək olduğu halda, odlu bir silahla hücum nəticəsində ölüm ehtimalınız 1/325-dir.

 

Yıxılma

Əsasən yaşlılar arasında dünya miqyasında ən öndə gələn yaralanma ilə paralel ölüm səbəblərindən biridir. Bu halda ölüm ehtimalınız 1/246.

 

Özünə qəsdən zərər vermə

Hər 40 saniyədən bir dünya üzərində bir insan öz həyatına son verməkdədir və hər il təxminən 1 milyon insan intiharı sınaqdan keçirir. Ölüm ehtimalınız 1/121.

 

Motorlu nəqliyyat vasitəsi

Birləşmiş Millətlərin hazırladığı sənədə görə, dünyada hər gün 1 milyon 300 min nəfər yol qəzalarında can verir. Ölüm ehtimalınız 1/100.

 

Qəza nəticəsində yaralanma

İllik olaraq təxminən 30 milyon nəfər təcili yardıma müraciət edir və əsasən bu yaralanmaların bir qismi ölümlə nəticələnməkdədir. Ölüm ehtimalınız 1/36.

 

İflic

İndiki ana qədər olan ehtimallar aşağı ehtimallar sayılır. Ancaq bundan sonrakı 4 punkt ölümünüzə səbəb olacaq ən yüksək ehtimallardır. İflic nəticəsində ölmə ehtimalınız 1/23.

 

Xərçəng

Yetərincə uzun ömür yaşasanız, bir xərçəng növünə yaxalanma ehtimalınız olduqca yüksəkdir. Ölüm ehtimalınız 1/7.

 

Ürək xəstəliyi

Çox sayda mütəxəssis tərəfindən ürək xəstəlikləri dünyadakı ölümlərin ən qabaqcıl səbəbi olaraq göstərilməkdədir. Ürək xəstəliyi nəticəsində ölüm ehtimalınız 1/5.

 

Hayflick sərhədi

Hər hansı bir xəstəlikdən və ya təbii fəlakətdən ölmədiyinizi hesab edək. Amma hüceyrələrinizin parçalanmadan öncə məhdud bir sayda bölünmə potensialı var. Bu, “Hayflick sərhədi” olaraq da bilinir. Genetikadakı müasir inkişaf bu sərhədi uzada bilməsinə baxmayaraq, aparılan araşdırmalara görə, orta hesabla bir insan üçün keçərli maksimum ömür 125 il olaraq hesablanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir