edviyyatlar

Sağlam həyat üçün bu ədviyyatlardan yararlanın – SİYAHI

Baxış sayı: 1. 649

Yaş artdıqca maddələr mübadiləsi də zəifləyir. Buna səbəb passiv həyat tərzi, eləcə də sağlamlıqda yaranan problemlər ola bilər. Elə hallar yaranır ki, əvvəllər qəbul edilən qida heç bir problem yaratmadığı halda artıq müəyyən problemlər yaranır. Buraya mədə ağrısı, köp, qıcqırma və s. aiddir. Sağlam qidalanaraq, çoxlu tərəvəz və meyvə yeyərək maddələr mübadiləsini qoruya hətta sürətləndirə bilərik. Tərəvəz və meyvələrlə bərabər bəzi ədviyyatlar da maddələr mübadiləsini tənzimləyir və sürətləndirir. “Gencaile.az” həmin ədviyyatları sizə təqdim edir :

 

Dərman rozmarini

Rozmarin maddələr mübadiləsini sürətləndirən başlıca ədviyyatlardandır. Bədən tempraturunu artıran rozmarin sayəsində vücud daha çox yağ yandırar və bu da maddələr mübadiləsini sürətləndirər. Buna görə də yeməklərinizdə daim rozmarindən istifadə edərək maddələr mübadiləsini sürətləndirin.

 

Kəklikotu

Kəklikotu maddələr mübadiləsini sürətləndirərək artıq yağların yanmasını təmin edər. Bədəndə yağ saxlama azalır və qısa müddətdən sonra artıq çəkilər yox olmağa başlayar.

 

Sarıkök

Maddələr mübadiləsini sürətləndirir və qaraciyər funksiyalarını nizama salıb vücudda detoks təsiri yaradır.

 

Zəncəfil

Yediyimiz yeməklərin həzmini asanlaşdırır. Həzm sisteminin normallaşmasına edir. Maddələr mübadiləsini daim sürətləndirir.

 

Qırmızı istiot

Yağ yandıraraq maddələr mübadiləsini sürətləndirir. Ancaq iştahınızı aça bilər, ona görə də ehtiyatla istifadə edilməlidir.

 

Darçın

Qan şəkərini nizamlayan antioksidantdır.

 

Acı bibər

Yediyimiz yeməklərin həzmini asanlaşdırar. Hər yeməkdə istifadə edə bilərsiniz.

 

Yarpız

Həzm sisteminin nizamlı işləməsini tənzimləyər.

 

Kətan toxumu

Toxluq hissi yaradar, bağırsaqların daha sürətli işləməsini təmin edər. Maddələr mübadiləsini sürətləndirər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir