Əksər valideynlər doğulacaq övladının cinsiyyəti ilə bağlı maraq içərisində olurlar. Bununla yanaşı bəzi cütlüklər gələcəkdə planlaşdırdıqları övladlarının cinsiyyətini də əvvəldən müəyyən etmək istəyirlər. Məsələn, kimisi qızının, kimisi də oğlunun olmasını arzulayır. Bu səbəblə də onlar müxtəlif türkəçarələrdən istifadə edirlər. Bunların arasında yatağın altına taxta qaşıq və ya uşaq paltarları qoymaq kimi absurd inanclar da yer tutur.
“Gencaile.az” xarici mətbuata istinadən, bir ananın qızı olması üçün çox qəribə bir üsuldan istifadə etməsi ilə bağlı məlumatı sizə təqdim edir. Belə ki, Bronwyn Brady adlı iki oğul anası bir qadın növbəti uşağının qız olması üçün qidalanma tərzini dəyişib. O, hamiləliyi boyunca pomidor, kartof və banan yeməyərək üçüncü uşağının qız olmasına vəsilə yaradıb. 32 yaşlı Bronwyn, əvvəlki hamiləliyi dövründə necə bəsləndiyini də açıqlayıb: “Bir az araşdırdıqdan sonra insanların oğlan sahibi olmaq üçün yedikləri nə varsa onları yediyimin fərqinə vardım. Bolluca qırmızı ət və enerji verən, tərkibində dəmir yüksək olan qidalardan ibarət bir pəhrizim var idi. Düşündüm ki, çox yediyim kartof və banan kimi qidalar mənim oğlan uşağına sahib olmağıma səbəb olub. Bu qidalardaki rotasyum mineralının oğlan uşağı olmasına köməklik etdiyini öyrəndikdə hamiləlik ərəfəsində bu qidaları yeməkdən imtina etdim. 2008-ci ildə aparılan bir araşdırmaya görə, hamilə qalmaq istəyərkən daha çox kalori alan və daha çox banan yeyən qadınların əksəriyyətinin övladlarının cinsiyyəti oğlan olub”.