bas agrisi

Baş ağrısından dərmansız qurtulun – TƏBİİ YOLLARI

Baxış sayı: 1. 554

Stress, əsəb, qəzəb baş ağrılarını gündəlik həyatımızın bir parçasına çevirib. Yaşanan baş ağrılarının yüzdə 90-ı heç bir anatomik səbəbdən qaynaqlanmır.

“Gencaile.az” baş ağrılarını yüngülləşdirib rahatlamanıza kömək edəcək həll yollarını təqdim edir.

 

– Bir qəhvə fincanı qədər dəfnə toxumunu əzin, sonra 1 xörək qaşığı balla qarışdırıb yeyin.

– Yarım litr gül suyunun içinə bir xörək qaşığı kəklikotu atın. Bir müddət saxladıqdan sonra içinə batırılan parçanı alın bölgənizə, digərini isə boynunuza qoyun. Qısa fasilələrlə  yerini dəyişdirin.

– Əzilmiş sarımsağı gicgah və alına qoyun.

– 2 litr suyun içinə reyhan qoyun. Qaynadıqdan sonra ilıq şəkildə onunla başınızı yuyun.

– 1 ədəd limon qabığını soymadan əvvəl nazik və yuvarlaq şəkildə kəsib alın və gicgahlara qoyun.

– 1 stəkan qaynar suyun içinə döyülmüş bir xörək qaşığı nilufər çiçəyi qatıb qaynatdıqdan sonra gündə 3  dəfə için.

– 1 stəkan suyun içinə 1 çay qaşığı cuha çiçəyi qoyun. Dəmləyib için.

– 1 stəkan qaynar suyun içinə 1 çay qaşığı gicitkən otu qoyub qaynadın. Dəmlədikdən  sonra için.

–  Alnınıza nazik, yuvarlaq kəsilmiş çiy kartoflar qoyun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir