qebile

Ölümdən qorxmamaq üçün cəsədləri yeyən qəbilə… – FOTOLAR

Baxış sayı: 1. 761

Bu günə kimi ilginc qəbilələr haqqında çox məlumatlar eşitmisiniz. Lakin sizə haqqında bəhs edəcəyimiz bu qəbilə olduqca təəccüb doğurur.

Aqori adı verilən bu qəbilə Hindistanın Varanasi bölgəsində yaşayır. 10-cu əsrdən bu günə kimi gəlib çıxan qəbilə hindu tanrısı olan “Şiva”ya sitayiş edir. Zaman keçdikcə sayları azalan Aqori qəbiləsi haqqında elə də çox məlumat, foto və s. mövcud deyil.

Hinduizmin klassik inanışı olan reinkarnasiyanı, yenidən doğuşu və Mokşanı qəbul edirlər, ancaq adətləri hindu inancına ziddir.

Картинки по запросу ÖLÜLERİNİ YİYEN KABİLE

Dünyaya və sosial həyata qapalı olan Aqori qəbiləsi rituallarını və dini ifadələrini sirr kimi gizli saxlayırlar. Aqori qəbiləsinin ən qorxunc adətlərindən biri isə öz ölülərini yemələridir. Yedikləri ölülərin qalan hissələrini isə yandıraraq külə çevirirlər.

Daha sonra külü bədənlərinə sürtürlər. Bunun səbəbi isə ölüm qorxusunun ən böyük qorxu olduğunu və beləcə ölüləri yeyərək, bu qorxunu özlərindən uzaqlaşdıracaqlarını düşünürlər.

Ölülerini Yiyen Kabile: Aghoriler

Aqorilər daha çox ölülərin yandırıldığı Hindistanın Varanasi ərazisində yaşayırlar. Varanasidə din xadimlərinin qoyduğu qayda-qanuna görə, uşaqlar, evlənməmiş və hamilə qadınlar ölərsə, onlar yandırıla bilməz. Yandırmaq əvəzinə onları çaya buraxırlar. Bundan da istifadə edən Aqori qəbiləsinin üzvləri ölüləri çaydan çıxararaq yeyirlər.

Картинки по запросу AGHORİLER

Qəbilə üzvləri ölü yeməklə yanaşı, zibillikdən də yemək yeyirlər. Ən irgənc məqamlardan biri isə bu qəbiləda yaşayan insanların nəcis yeyib, sidik içmələridir. Bunun səbəbi isə insanın sahibi olduğu eqoya qalib gəlməsi və gözəllik hissinin yox olması anlamı ilə bağlıdır.

Ölülerini Yiyen Kabile: Aghoriler

Aqori qəbiləsinin üzvləri adətən, çılpaq və ya kiçik ölçüdə bir parçaya bürünərək, gəzirlər. Bədənlərini hər zaman ölülərin külü ilə boyayırlar.

Qəbilə sakinləri özlərinə ölülərin kəllə sümüyündən aksessuarlar hazırlayırlar. Saçlarını isə ümumiyyətlə, kəsmirlər. Uzandıqca müxtəlif formalara salıb, daha da uzadırlar.

Ölülerini Yiyen Kabile: Aghoriler

Картинки по запросу ÖLÜLERİNİ YİYEN KABİLE

Картинки по запросу ÖLÜLERİNİ YİYEN KABİLE

Похожее изображение




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir