squat

Squat nədir, necə edilir?

Baxış sayı: 1. 768

Omba, qarın və ayaq əzələlərini inkişaf elətdirmək üçün edilən squat hərəkətləri ilə istədiyiniz bədənə qovuşun.

“Squat” – çöməlmə kimi ifadə edilən hərəkət olub bədənə ən faydalı hərəkətlərdən biridir. Sadə və heç bir idman aləti tələb etmədən edilən squat sayəsində istədiyiniz bədənə sahib ola bilərsiz. Güclü ayaq və qarın əzələləri üçün nəzərdə tutulur.

İki şəkildə yerinə yetirilir. Sadəcə çöməlmə hərəkətləri şəklində, ya da çöməlmə ilə ağırlıq qaldırma hərəkəti eyni vaxtda edlir.

Onu da qeyd edək ki, ağırlıq qaldırma ilə edilən squat özəlliklə kişilərdə babasil problemini artırır. Bu cür narahatlığı olanlar squat edərkən diqqətli olmalıdır.

 

Squat necə edilir?

Squat hərəkətinə başlamqa üçün ayaqları çiyin genişliyində açın və çöməlin.

Qollar yerə paralel şəkildə uzadılır. Düzəlib əyilərək hərəkət təkrarlanır. Beyin və üst bədənin önə doğru əyilməsin diqqət edin. Dik duraraq edilən squat düzgün deyil.

Ən rahat növü isə kresloda edilən squat hərəkətidir.

Televizor izləyərkən sıxılmadan edə bilərsiz. Qollar önə uzadılır, kresloya çöməlmə edilir. Hər dəfəsində 8 hərəkət olmaqla 3 dəfə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir