kisi

Kişilər, diqqət: Andropoz nədir? – Əlamətləri, müalicəsi

Baxış sayı: 1. 586

Yaşlanma sadəcə qadınlarda deyil, kişilərdə də ciddi dəyişikliklərə səbəb olur. Həyat yoldaşınız, ya atanızda çox tərləmə, isti basma, həmişə halsızlıq, yorğunluq kimi menopozda olan əlamətlərə rast gəlirsinizsə, yaşlanan adam sindromu olaraq da bilinən “andropoz” dövrü ilə qarşı-qarşıya durmuş ola bilərsiz.

 

Andropoz nədir?

Yaşın irəliləməsi ilə əlaqəli kişilərdə testesteron hormonun qanda azalması və bununla bağlı ortaya çıxan şikayətlərin səbəb olduğu hala andropoz, ya da yaşlanan adam sindromu deyilir. Andropozda qadınlarda yaşanan menopoza uyğun bəzi əlamətlər rastlanır. Hər kişi 40 yaşından sonra 10 ildə bir qandakı testesteron səviyyəsinin yüzdə 10-nu, 50 yaşından sonra isə yüzdə 25-ni itirir. Dəqiq  yaş həddi bilinmədiyi üçün hər kişinin 50 yaşından sonra uroloji nəzarətə götürülməsi tövsiyə edilir. Bu, kişilərdə yaşana biləcək prostat və andropoz riskinin erkən diaqnozu üçün önəmlidir.

 

Andropoz əlamətləri nələrdir?

Kişilik hormonu olan testesteron həm qadın, həm kişilərdə cinsi fəaliyyətlə əlaqəli ruh halına təsir edir. Cəsarət, yaxşı olma halı, intellektual aktivlik, əzələ gücü, qarın bölgəsində yağlanma və çəki artımı kimi bədəndəki bir çox fəaliyyətin nizamlanmasında bu hormon təsirlidir. Testesteron səviyyəsi aşağı düşən kişilərin psixologiyası mənfi təsirlənir, əzələlərində zəifləmə başlayır, göbək bölgəsində yağlanma başlayır və intellektual aktivliyi zəifləyir. Bununla yanaşı depressiv ruh halı, yuxu pozuntusu, dəri dəyişikliyi, cinsi istəksizlik və ereksiya problemləri də ortaya çıxır.

Yaşlanan adam sindromunun əlamətləri həm psixoloji, həm cinsi, həm də fiziki olaraq özünü biruzə verir. Bu əlamətləri olanlar uroloji müayinədən keçmək lazımdır.

 

Psixoloji əlamətlər:

Özünüzü yaxşı hiss etmirsiz

Həyatdan zövq almamağa başladız

Ən yaxşı vaxtlarınızın geridə qaldığını düşünürsüz

Özünüzü tükənmiş hiss edirsiz

Qərarsızlıq, qayğı və narahatçılıq duyğularınızla baş edə bilmirsiz

Ən xırda şeylərə əsəbləşməyə başladız

 

Fiziki əlamətlər :

Çox tərləmə, isti basma

Dərinizdə quruluq, tüklərdə azalma

Həmişə halsızlıq, yorğunluq hissi ilə özünüzü gücsüz hiss edirsiz

Diqqətinizi toplamağa çətinlik çəkirsiz

Bel ağrıları, əzələ, oynaq ağrıları artıb

Sinənizin böyüdüyünü hiss edirsiz

Sümük əriməsi, sümük qırlmaları yaşayırsız

Dərialtı və qarın içi yağ toxmanızdakı artımla birlikdə göbək bölgəsində yağlanma başlayır

Qan azlığı şikayətləri

Yuxu problemləri yaşayırsız

Zehni fəaliyyətlərdə zəifləmə

 

Cinsi əlamətlər:

Cinsi istəyinizdə azalma var

Ereksiya problemi yaşayırsız

Sperma miqdarında azalma və qatılığında dəyişiklik

 

Bütün bu əlamətləri yaşayırsızsa,  mütləq uroloji mütəxəssisə müraciət edin.

 

Müalicə və diaqnozu

Total testesteron və sərbəst testesteron, FSH, LH və prolaktin hormon səviyyələrinə baxılır. Testesteron səviyyəsi səhər tezdən 8-11 arası ən yüksək səviyyədə olduğu üçün bu vaxtlarda qan analizi verilir.

Testesteron səviyyəsi 350ng-dən aşağıdadırsa, müalicə lazım oluur. Testesteron möhkəmləndirilməsi tətbiq edilir. Oral dərmanlar, bədənə çəkilən gellər və əzələ daxilinə vurulan iynələr yazılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir