qebile

Meymun əti yeyən, ölüləri dikinə basdıran qəribə qəbilə… – FOTOLAR

Baxış sayı: 1. 690

Danimarkalı fotoqraf Can Moller modern həyata qatılmaqda dirənən “Route” qəbiləsinin günlük həyat tərzini lentə alıb. Ötən ilin yanvar ayından Nepalın Accham bölgəsində yerləşən meşənin dərinliklərinə gedən fotoqraf özlərini meşənin kralı adlandıran qəbilə ilə yaxından tanıış olub.

Route qəbiləsinin üzvləri Nepal xalqı tərəfindən ikinci bir sinif insanlar olaraq görüldükləri üçün modern həyata qatılmaq istəmədiklərini deyir. Bu qəbilənin üzvləri etnik kimliklərinə çox sıx bağlıdırlar. Onlar kral nəslindən törədiklərinə inanırlar.

Dünyanın En İlkel Kabilesi: Maymun Eti Yiyen Raute'ler

Heç bir maddi imkanlara və ya mülkə sahib olmaq kimi bir istəkləri yoxdur. Sahib olduqları hər şeyi öz aralarında paylaşırlar. Köçəri həyat sürdükləri üçün yanlarında özləri ilə daşıya biləcəkləri əşyalara üstünlük verirlər.

Dünyanın En İlkel Kabilesi: Maymun Eti Yiyen Raute'ler

Hər qəbilənin özünəməxsus maraqlı və ya ilginc adətləri olur. “Route” qəbiləsinin də adəti ölüləri dikinə basdırmalarıdır. Onlar beləcə ölən qəbilə üzvünün ruhunun cənnətdə azadlığa qovuşacağına inanırlar.

Daha bir maraqlı məqam isə qəbilə üzvlərinin biri öldükdə həmin ölünü orada dikinə basdırıb, həmin ərazini tərk etməsidir. Yaşamaq üçün başqa yerə köçməsidir.

Dünyanın En İlkel Kabilesi: Maymun Eti Yiyen Raute'ler

Bu qəbilənin daha bir maraqlı yönlərindən biri meymun ovçuları olmalarıdır. Onlar meymunları ovlamaq üzrə sözün əsl mənasında ustadırlar. Meymunları ovlamaqla yanaşı onun ətini də yeyirlər. Əlavə olaraq onlar kənd camaatına meşədəki ağacları doğrayaraq satır. Qarşılığında isə pul əvəzinə taxıl, səbzə və s. bu kimi qidalar alırlar. Lakin qeyd etdiyimiz kimi bu qəbilə daha çox meymun ovlamaqla qidalanır. Onlar xüsusilə Langur və Makaka meymunlarını ovlayırlar.

Dünyanın En İlkel Kabilesi: Maymun Eti Yiyen Raute'ler

“Raute” qəbiləsi meşələrə güclü bağlıdırlar. Onlar toxum əkməyin günah olduğuna inandıqları üçün kənd təsərrüfatı ilə məşğul olmurlar. Qəbilənin hərəkətlərindən ən diqqət çəkən məqamlardan biri də onların hər ağac növünü kəsməmələridir.

Belə ki, qəbilə üzvləri bir qayda olaraq nadir və nəsli tükənməkdə olan ağacları kəsmirlər. Sadəcə geniş yayılmış, çox olan ağacları kəsərək onlardan istifadə edirlər.

Dünyanın En İlkel Kabilesi: Maymun Eti Yiyen Raute'ler

Qəbilədə qadınlara ova çıxmaq qadağandır. Son məlumatlara görə, qəbilənin hazırda 156 üzvü qalıb. Əlavə olaraq onu da qeyd edək ki, bu qəbilə bu günə kimi yaşamını sürdürə bilən dünyanın ilk qəbilələrindəndir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir