makiyaj

Baxımlı qadının makiyaj çantasında nələr olmalıdır?

Baxış sayı: 1. 504

Makiyaj xanımların heç bir zaman vaz keçə bilmədiyi bir ehtirasdır desək yanılmarıq. 

İstənilən məkanda mükəmməl görünmək istəyirsinizsə, deməli, doğru məhsullarla doldurulmuş makiyaj çantanız olmalıdır. Bəs baxımlı qadının makiyaj çantasında nələr olmalıdır?

 

Tonal kremlər: Dərinizdə qüsur varsa, onu örtmək üçün tonal kremdən istifadə etməyə məcbursunuz. Qəfil görüşlər çıxanda qüsursuz görünmək üçün hər bir xanımın makiyaj çantasında tonal kremin olması şərtdir. O, sizin ən böyük xilaskarınız ola bilər.

 

Dırnaq boyası: Hərəkətli anınızda hər an pozula biləcək dırnaq uclarını yenidən bərpa etmək üçün makiyaj çantasında çox yer tutmayan mini dırnaq boyaları işinizə çox yarayar.

 

Maqqaş: Yaddan çıxmış tükləri tez bir zamanda çıxartmaq üçün hər bir qadının makiyaj çantasında mütləq maqqaş olmalıdır.

 

Saç lakı: Nəm saça forma vermək, quru saçın formasını saxlamaq üçün saç lakı gərəkdir.

 

Ətir: Getdiyiniz hər yerdə özünüzdən sirli xatirə qoymaq istəyirsinizsə, ətri çantanıza qoymağı unutmayın. Həm də ətir kefinizi açmaq üçün ən yaxşı üsuldur.

 

Təmizləmə vasitələri: Makiyajı təzələyərkən ürəyinizcə olmayan xəttləri aradan qaldırmaq üçün nəmləndirici salfetlər köməyinizə çatar.

 

Üz üçün nəmləndirici kremlər: Dərinizin ehtiyaclarını hər zaman ödəmək üçün makiyaj çantasında nəmləndirici kremin olması çox önəmlidir.

 

Tuş: Qara klassik tuş hər bir baxımlı qadının əvəzolunmaz kosmetikasıdır. Makiyajın ən zəruri amili tuşdur. Tuş gözləri daha cazibədar göstərdiyi üçün onu makiyaj çantasına əlavə etməyi unutmayın!

 

Kirşan: Kirşan ən faydalı kosmetik vasitəsidir desək, yanılmarıq. Hamar dəriyə sahib olmaq istəyirsinizsə, çantanızda kirşana da yer ayırmalısınız.

 

Ənlik: Dəri tipinə uyğun olan ənliklə yanaqlarınız daha canlı və təravətli görünəcək. Makiyaj çantası üçün ənlik seçərkən içində kiçik fırçasının olmasına diqqət edin ki, iri həcmli fırça makiyaj çantasında əlavə yer tutmasın.

 

Dodaq boyası: Dodaqlarınıza ən çox yaraşan pomadanı makiyaj çantasından əskik etməyin. Dodaqları vurğulamaq üçün hər an əlinizin altında boya olmalıdır.

 

Göz kölgəsi: Evdən çıxan zaman planlaşdırmadığnız bir hadisə baş verə bilər. Buna görə də, makiyaj çantanızda ən az iki rəngli (ağ və qara hər zaman köməyə gəlir) göz kölgəsi gəzdirmək lazımdır.

 

QEYD: Kosmetika seçərkən mövsümün dəbdə olan rənglərini də nəzərə alın. Lakin sizə yaraşmayan rənglərini seçərək dəb qurbanı olmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir