Ekvatorium

Eramizdan əvvəl icad olunub, hələ də işlədilir: İNANILMAZ 8 astronomik cihaz – FOTOLAR

Baxış sayı: 1. 874

İnsan bəzən orta əsrlərdə yaradılmış qədim, mürəkkəb və eyni zamanda gözəl mexanizmlər görəndə təəccüblənir. O vaxt belə mürəkkəb və mükəmməl cihazlar yaranırdısa, texnologiya əsri dediyimiz dövrdə elə də çox fərqlilik gözə dəymir.

1. Astrolabe – İlk dəfə Qədim Yunanıstanda meydana çıxan bu cihaz Avropada İntibah dövründə populyarlığının pik nöqtəsinə çatıb. 14 əsrdən çox müxtəlif formalarda istifadə edilən bu cihaz coğrafi ardıcılığın müəyyən edilməsində ən önəmli funksiyanı yerinə yetirib.

2. Sekstant – Bu cihazın çox maraqlı və qəribə əhvalatı var. Onun fəaliyyət prinsipi elmə ilk dəfə 1699-ci ildə İsak Nyuton tərəfindən təqdim olunsa da, bilinməyən səbəblərə görə dərc olunmayıb. Bir neçə onillikdən sonra, 1730-ci ildə iki nəfər bir-birindən xəbərsiz elmə sekstantı ixtira olaraq təqdim edib. Tətbiq sahəsi qat-qat daha geniş olan sekstant nəinki yerin coğrafi koordinatlarının müəyyən edilməsində eləcə də, naviqasiya aləti olaraq kifayət qədər tez populyarlıq qazanıb. Buna görə də astrolabe öz məşhurluğunu itirdi.

3. Nokturlabium – Bu cihaz saatın günəş şüalarına əsasən müəyyən edildiyi vaxtlarda icad edilib. Bəzi konstruktiv xüsusiyyətlərə görə insanlar yalnız gündüzlər işləyə bilirdi və saatıda gün şüaları ilə təyin edirdi. İnsanlar isə gecə də saatın neçə olduğunu öyrənmək istəyirdilər. Həmin zamanlarda nokturlabium yarandı. Fəaliyyət prinsipi olduqca sadə olan cihaz o dövr üçün çox gözəl icad idi: Xarici dövrənin içərisindəki əqrəb ayı göstərirdi, ortada yerləşdirilən işarə qütb ulduzuna tərəf istiqamətləndirilib. Əqrəb gün ərzində ulduzlara istinadən hərəkət edəndə dövrə daxilindəki işarə saatı göstərməyə başlayırdı. Öz-özünə işləyən “saat” yalnız Şimal yarımkürəsində istifadə oluna bilərdi.

4. Planisferi – 17-ci əsrin icadı olan planisferin əsas xüsusiyyəti göy cisimlərinin müxtəlif məqamlarının müəyyənləşdirilməsində istifadəsi idi. Əslində planisferin daxilində koordinatlar əks olunan metal disk yerləşir. Mərkəzə yaxın olduğu üçün səma sahəsinin müstəvidə təsviri ya stereoqrafiya, ya da azimut proyeksiyaları şəklində ola bilərdi.

5. Astrarium – Bu qədim astronomik saatdan əlavə, əsl planetardır. Mürəkkəb mexaniki cihaz 14-cü əsrdə italyan ustası Covanni de Dondi tərəfindən ixtira olunub. Bundan əlavə, Covanni öz növbəsində Avropada texnologiyaların inkişafı və mexaniki saat alətlərinin hazırlanmasının dəqiq başlanğıcını söyləmişdi. Astrarium bütün günəş sistemini mükəmməl model olaraq göstərməkdən əlavə, səma sahəsində planetlərin yerdəyişməsini belə dəqiq təsbit edirdi. Cihaz saatdan əlavə, təqvim tarixini və mühüm bayramları da qeyd edirdi.

6. Torkvetum – Sadə cihazdan əlavə analoqu olmayan hesablayıcı qurğudur. Torkvetum müxtəlif səma koordinat sistemlərini ölçə bilir və eyni zaman da çox asanlıqla bir sistemdən digər sistemə keçidi təmin edir. Fərq etməz bu hansı sistemdir, üfüqi, ekvatorial və ya ekliptika sistemi. Qəribədir ki, bu xüsusiyyətləri özündə cəmləşdirən cihaz 12-ci əsrdə Ərəbistanın qərbində Cabir ibn Aflaxom adlı astranom tərəfindən hesablanıb hazırlanmışdır.

7. Ekvatorium – Bu cihaz riyazi hesablamalar üzərində deyil, məhz həndəsi model üzərində qurulub. Cihazın köməyi ilə günəşin, ayın və digər səma cisimlərinin, obyektlərin vəziyyətini müəyyən etmək olub. Ekvatorium ilk dəfə 11-ci əsrdə ərəb riyaziyyatçısı əz-Zarkali tərəfindən hazırlanıb. 12-ci əsrin ilk rübündə isə Riçard Uollinqford ekvatorium “Albion”a uyğun olaraq dəyişib və günəş tutulmasından öncə son göstərilən tarix 1999-cu il olub. Yəqin ki, o zaman bu göstərici sonsuzluq kimi görünüb.

8. Armillyarna sahəsi – Həm faydalı, həm də çox gözəl astronomik alətdir. Cihaz şaquli oxu ətrafında fırlanan əsas dairələrin dəstəyilə səma meridianlarının hərəkətli hissəsini göstərir. O ekvator və ya ekliptika koordinatlarında hərəkət edən müxtəlif göy cisimlərini təsbit edir. Bu cihazın e.ə 3-cü əsrdə yaşamış həndəsə alimi Erotosfenin icadı olduğu deyilir. Və ən maraqlısı odur ki, bu sahə cihazı 20-ci əsrin əvvəllərinə kimi istifadə olunub.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir