Hər mövsüm geyilən və hər stilə mükəmməl uyğunluq verən zamansız parçalardan biri olan cins ətəkləri sevməyən varmı?
1990-cı illərdən günümüzə qədər populyarlığını itirməyən cins ətəklər hər mövsüm dəbdədir. Cins idman üslublu bir parça olmasına rəğmən bir çox fərqli stildə istifadə edilə bilir. “Gencaile.az” “Ailem.az”-a istinadən cins ətəklərlə müxtəlif kombin yaratmağın sirlərini açıqlayır.
Yay mövsümü üçün cins ətək modellərini, idman, şifon köynəkləri kimi fərqli stillərlə kombinləyə bilərsiniz. Fərqli kəsimlərə sahib cins ətək modelləri imicinizə ən uyğun tərzi əks etdirə biləcək formada kombin imkanı verir.
A kəsimə sahib cins ətəkləri, qısa üstlər və bustiyerlərlə bir araya gətirə bilərsiniz. Bantlı və dabanlı sandal modelləri bu kombini tamamlarkən həm şıq, həm də son dərəcə rahat hiss etməyinizi təmin edəcək. İdman ayaqqabı modelləri ilə də olduqca dinamik bir görünüş yaratmağa imkan versə də, ən yaxşı nəticələr sandal modelləri ilə olur.
Gənc, şıq və idmançı
Dar cins ətəklər, adətən mini kəsimə sahib modellər üçün göstərişli bir görünüşə sahibdir. Bədənə oturan mini ətəkləri köynəklərlə, ti-şörtlərlə kombinləyə bilərsiniz. Topuqdan bağlı sandal və ayaqqabılar dar mini ətəklər üçün mükəmməl tamamlayıcı parçalardır. Əgər mini ətəkləri hər mövsümdə çəkmə və ya botlarla tamamlamağı sevirsinizsə, yay fəslində cins ətək kombinlərkən də incə dəridən hazırlanmış yazlıq çəkmələrdən istifadə edin. Üstəlik bu şəkildə tam şıq və rahat bir tərz əldə edə bilərsiniz.
Qış və payız mövsümündə də cins ətəklər olduqca qurtarıcı özəllik daşıyır. Dar cins ətəkləri qış fəslində uzun və geniş toxunma kofta və jaketlərlə geyinə bilərsiniz. Aşağı belli cins ətək modellərini, qısa toxunma kofta və jaketlərlə kombin edə bilərsiniz.
Şəxsi stilinizi yaradın
Öndən düyməli qələm ətək modellərini ağ köynəklərlə və nazik hündür daban ayaqqabılarla kombinləyərək şıq stil əldə edə bilərsiniz. Midi cins ətəkləri cizgili köynəklər və botlarla geyindikdə retro görünüş qazanacaqsınız. Son bir neçə ildir həm cins şalvarlar, həm də cins ətəklərdə yarıq dəbə çevrilib. Bu cür ətəkləri dəri gödəkcə, dəri bot və ayaqqabılarla tamamlayaraq iddialı, şıq bir stil əldə edəcəksiniz.