pilot

Göydə uçan “mələklər” və qadın pilotlarla bağlı bilinməyənlər

Baxış sayı: 2. 062

Bu günlərdə İranda qəzaya uğrayan və 11 nəfərin ölümünə səbəb olan təyyarə qəzasında müzakirə olunan məqamlardan biri də onu idarə edənin qadın pilot olması idi. Bu qəza ilə bağlı daha çox yayılan rəylər isə qadınlarda təyyarəni idarə edəcək güc və bacarığın olmaması, qəzanın da məhz qadın pilot faktronua görə baş verdiyi ilə bağlıdır. Bununla bağlı Türkiyə Havayolu Pilotları Dərnəyi sərt bir açıqlama yayıb. Açıqlamada bu məsləyin qadın-kişi olaraq ayrılmasının doğru olmadığı, qəzanın isə texniki səbəblərlə görə baş verdiyi qeyd olunub.

Bu peşəni kimlər seçə bilər, seçənlər hansı özəlliklərə malik olmalıdır və ümumiyyətlə, qadın pilotluğun bilinməyən cəhətləri nələrdir?

 

QADININ  PİLOT OLMASI NİYƏ ÇƏTİNDİR?

Hərbi aviasiya kişilərin hakim olduğu bir dünyadır. Sivil havaçılıqda qadınlara ancaq kabin vəzifələrində və yer xidmətlərində olmaq kifayət edir. Uçuşu idarə etməyin kişilərə xas bir peşə olaraq qəbul edilməsi və bu işi ilk gündən etibarən kişilərin həyata keçirməsi faktorları qadınların bu sektorda təmsil olunması qarşısında əngəl kimi görünür. Sanki uçuş qadınların bacarıqlarını aşan və öhdəsindən gələ bilməyəcəkləri bir iş kimi görülür. Halbuki dünyada təhlükəsiz qaydada uçuşu idarə edən çoxlu sayda qadın var.

Kadın pilot ile ilgili görsel sonucu

Keyfiyyətli uçuş həyata keçirməyə müəyyənləşdirən amil  cinsiyyət yox, uçuş üçün lazım olan bacarıqdır. Unutmuruq ki, zəif, qorxaq, bacarıqsız qadınlar var, amma belə kişilər də var. Bütün qadınları bu kateqoriya üzrə qiymətləndirmək həm haqsızlıq, həm də məsələyə elmdən kənar və kişi eqosu ilə yanaşma tərzindən xəbər verir.

 

Nədir qadın pilot olmağın çətinlikləri?

Uçuş zamanı kişi məsləkdaşlarının qadın pilotlara davranış tərzində fərqlilik var. Pilot olmaq istəyən qadınlar kişivari xarakterdə olduqlarına hər zaman şübhə edilib. Rəqabət, özünü sübut etmə duyğuları və ya edə biləcəyi xətaların lazımından artıq tənqid olunacağı qayğısı kimi əlavə streslər içindəki bir qadın pilotun uçuşa konsentrasiyasının pozulması və yetərli performans göstərməməsi təbiidir. Bu səbəbdən qadın pilotların daha işin əvvəlində “uduzmuş halda”, neqativ bir xalla təyyarəyə addım atırlar.

Təyyarə kokpitinin, xüsusən də hərbi təyyarələrdə kişi antropometrisinə görə dizayn edilməsi qadın heyət üçün əlavə bir çətinlik yaratmaqdadır. Oturma yüksəkliyi, ejection sistemləri, G-Suit, kask, maska ölçüləri, idrar toplama apareyləri, rudder pedal sərtliyi və sair kişi bədən quruluşu və gücü diqqətə alınaraq hazırlanıb. Qadın bədəninin  təbii olaraq daha yağlı olması, döş anatomiyasındakı fərqlər, menustrasiya və hamiləlik vəziyyəti də əlavə olunduğu zaman həqiqətən də qadın pilotlarla bağlı bəzi problemlər ortaya çıxa bilər. Amma bunlar bəzi mühəndislik çalışmaları ilə aradan qaldırıla biləcək problemlərdir.

 

Dünyada qadın pilot dalğası

ABŞ Hava Qüvvələrində pilotların 1 %  qadındır. Ümumən isə 500-ə yaxın qadın havaçılıq sektorunda çalışır. Kanada, Belçika, Hollandiya, Norveç və İngiltərədə də qadın pilotların sayı  artmaqdadır. Məsələn, Hollandiya Kral Hava Qüvvələrində qadın pilotlar üçün 7% -lik yer nəzərdə tutulub. Manja Blok adlı qadın 1993 -1994-cü illərdə NATO əməliyyatları çərçivəsində F-16 təyyarəsi ilə Bosniya üzərində uzun uçuşları həyata keçirib.

Kadın pilot ile ilgili görsel sonucu

Qadın pilotsansa bu cəhətlərə sahib olmalısan

 

Keçək qadın pilotun xüsusiyyətlərinə:

Pilot olmaq istəyən bir qadınla bunu heç düşünməmiş başqa birisi arasında konkret xarakter fərqlilikləri olmalıdır. Çünki pilot bir kişi peşəsidir. Təyyarənin özü belə bir kişilik simvoludur.

ABŞ Hava Qüvvələrində uçuş həkimi, uçuş tibb bacısı və müəllimə pilot olaraq çalışan 57 qadın psixiatrik yoxlamadan  keçiblər. Nəticədə qadın pilotun xarakter özəllikləri ilə kişi pilotun xarakter bənzərlikləri üzə çıxıb. Buna baxmayaraq, yenə də qadın əməkdaşın “dişi” olma özəlliklərini qoruduğu məlum olub. 17 qadın pilotun dəyərləndirildiyi başqa bir araşdırmada isə aşağıdakı detallar üzə çıxıb:

Kadın pilot ile ilgili görsel sonucu

Psixiatrik müayinəyə göndərilən qadın pilot sayı və faizi kişilərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.

Bəzi qadın pilotların bu peşəni həyata keçirməklə ətraflarına nəyisə sübut etməyə cəhd göstərdikləri üzə çıxıb.

Əsasən çox emosional olsalar da, özlərini tez ələ almaq, duruma hakim olmaq kimi qabiliyyətləri var.

Kişilərin hakim olduğu hərbi aviasiya dünyası bəzi qadın pilotlara əlavə bir stress yükləyərək onları narahat edir.

Qadın pilotların üzərinə “ana, bacı” kimi rolların da yükləndiyi  üçün onlarla birgə çalışan kişi pilotların zehinlərindəki bu qarışıqlıq onlara da əlavə bir stress yükləyir və uçuş təhlükəsizliyinə neqativ planda təsir edir.

Kadın pilot ile ilgili görsel sonucu

Türkiyənin aviasiya sistemində çalışan qadınların xarakter cəhətləri ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticələrinə görə, kişi və qadın pilotların ortaq cəhətləri aşağıdakılardır:  iş birliyinə uyğun, emosional baxımdan məqsədyönlü, eqoları qüvvətli, lider xüsusiyyətləri olan, özünə güvənən, qənaətcillik.

Aviasiya sahəsində çalışan və çalışmayan qadınların müqayisəsində isə çalışanların soyuqqanlı düşünə bilməsi, iddiaçılıq, inadçılıq, liderlik,  təhlükəyə münasibətdə cəsarətlilik, müstəqillik, narahatçılıq və səbirsizlik kimi özəllikləri üzə çıxıb.

Pilot peşəsinin üstünlükləri – astronomik məvacib, güzəştlər və üstünlüklər

İndi isə bu peşənin üstünlükləri barədə. Bəli, bu detalları bilmədən pilotlar, qadın pilotlarla bağlı fikir bildirməsəniz yaxşıdır.

 

Pilot maaşları

Kapitan pilot: 10.000 dollar, yardımçı pilot: 5.000 dollar

Gecələmə pulu

Pilotlar uçuşlarda hansısa bir şəhərdə gecələdikləri halda hotelin bir gecəlik otaq qiymətinin 10%-i qədər ay sonu pul alırlar. Bir az daha detallı məlumat verək: hotelin gecəlik qiyməti 100 dollardırsa, pilot orda gecələdiyi hər gecə başına 10 dollar ekstra pul alır.

Pulsuz təyyarə biletləri

Pilotların hər il orta hesabla 3 ədəd pulsuz bilet almaq haqqı var.

Yanlarına hər kəs girə bilməz

Pilotlar təyyarədə ikən stüardessalar istədikləri vaxt kokpitə girə bilməzlər. Sadəcə həmin uçuşdakı kabin rəhbərinin kokpitə girmə hüququ var.

Benzin məsrəfi

Əgər pilot hava limanına gedərkən öz maşınından istifadə edibsə, bu səfər üçün 7 litr benzinin pulunu hava yolu şirkətindən alır.

Endirim

Pilotlara və digər hava yolu işçilərinə aeroportdakı alış-verişlər 50 faiz endirimlidir.

Pilot istədiyi adamı təyyarədən çıxara bilər

Pilotlar istədikləri təqdirdə hər hansı bir insanı o uçuşdan məhrum etmə və təyyarədən çıxarma haqqına sahibdilər.

Kokpit qapısı ekstra etibarlıdır

11 sentyabr terrorundan sonra pilotların içində oturduğu kokpitlərin qapısı daha bərk materialdan hazırlanmağa başlanıb.

İki pilot birlikdə qərar verir

Çətin enişlərin həyata keçirilə bilməsi üçün hər iki pilotun da məsləhətləşib, daha sonra ortaq nəticəyə gəlməsi lazımdır. Əks təqdirdə həmin aeroporta eniş gerçəkləşdirilə bilməz.

Pilotun biri təyyarəni qaldırır, o biri endirir

Təyyarəni köməkçi pilot qaldırırsa, kapitan pilot endirir. Və ya əksinə.

 

 

Sevinc TELMANQIZI




1 şərh “Göydə uçan “mələklər” və qadın pilotlarla bağlı bilinməyənlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir