assdemaii12345

Ən yaxınlarını öldürən insanların ağlagəlməz ZƏHƏRLƏMƏ ÜSULLARI

Baxış sayı: 2. 044

Hər zaman hesab edilib ki, yaxşı düşmən ölü düşməndir. Düşməni neytrallaşdırmaq üçün isə ən geniş yayılan metod zəhərləməkdir.

Aşağıdakı qısa icmalda qədim zamandan indiyə qədər istifadə olunmuş ən qeyri-adi zəhərləmə hadisələrini təqdim edirik:

 

Zəhərlənmiş ülgücdən gələn ölüm

Bir çox ana öz oğullarının gözlərində gəlinlərin üstünlüyü ilə barışa bilmirlər. Bu mənada, fars çarı II Artakserksanın anası Parisatida gəlini Statiri heç sevmirdi. Ədalət naminə qeyd etməyə dəyər ki, Statir də öz qayınanasına nifrət edirdi. Bu səbəbdən, yemək zamanı qadınlar eyni boşqabdan yeyirdilər. Çünki inamsızlıq onlardan birinin digərini hər an zəhərləyə bilmə qorxusu idi. Amma qayınana daha hiyləgər çıxdı: Statir üçün tikəni kəsərkən, Parisatida bıçağın zəhərlə sürtülmüş tərəfindən istifadə etdi. Özü üçün isə onu çevirərək normal yeri ilə kəsdi və bu nifrət duelindən sağ çıxdı.

 

Göbələk supundan gələn ölüm

Roma imperatoru Klavdiyin dördüncü arvadı Aqrippina öz oğlu Neronu taxtda görməyi çox arzu edirdi. Çalışırdı ki, bu mümkün qədər tez baş versin. Aqrippina əri üçün göbələk supu hazırladır və onu yeyəndən sonra halı nisbətən pisləşən imperatorun müalicəsi üçün Saray həkimi gəlir. Həkim imperatorun qusması üçün lələkdən istifadə edir. Əvvəlcədən hər şeyi dəqiq planlaşdıran Aqrippina tərəfindən lələyin ucuna da zəhər sürtülmüşdü və I Klavdiy artıq həyata qayıtmadı.

 

Zəhərlənmiş əlcəklər

Fransada Saray dövündə çoxları zəhərləmələrə xüsusi sevgilə yanaşırdı. Onların arasında fransız kraliçası Yekaterina Mediçi də vardı. O, özünə parfumlar, ətirlər, əlcəklər istehsal edən ustaları cəlb edirdi. Tarixçilər hesab edirlər ki, bütün bu əşyalara zəhər qatılırdı. Beləliklə o, öz rəqibi Janna d`Albreni siyasi səhnədən uzaqlaşdırdı. Kraliça ona zəhərlənmiş əlcəklər hədiyyə etmişdi…

 

Akva Tofana

Dul qadın olmaq istəyən arvadların “köməyinə” siciliyalı xanım Tofana gəlirdi. O, ərlərini öldürmək istəyən qadınlara xüsusi su satırdı və bu suyu içənlər tezliklə dünyadan ayrılırdılar. Bu maye “Neopolitan suyu” və ya “Akva Tofana” adlanırdı. İtaliyada XVII əsrin sonu XVIII əsrin əvvəllərində 600-dən çox insan bu cür zəhərlənmənin qurbanı olur.

 

Çətirlə sancma

Bolqar dissidenti Qeorqi Markov siyasi ambisiyaların qurbanı olub. 7 sentyabr 1978-ci ildə o, BBC-nin Londondakı studiyasının axşam efirinə yollanmışdı. Camaatın sıxlığında irəliləyərkən onun ayağına kimsə çətirin ucunu sancır. Təbii ki, bunu normal hal hesab edən yazıçı hadisəyə əhəmiyyət vermir. Amma gecə halı pisləşir və səhər dünyasını dəyişir. Bundan sonra məxfi sənədləri incələyən jurnalistlərə məlum oldu ki, Markov çətirin ucundakı zəhərlə zəhərlənmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir