mason

Masonlarla bağlı BİLMƏDİKLƏRİNİZ: onlar daim bizi izləyir, beynimizə girirlər və…

Baxış sayı: 1. 958

Bu gün dünyamızı nəhəng və qüdrətli ailələr birliyi idarə edir. Onlar gizli şəkildə dünyanın siyasi, iqtisadi, informasiya və digər sahələrini eləcə də, bizim həyatımızı nəzarət altında saxlayırlar. Məlumat var ki, dünyanın bütün hakimiyyəti bu 13 ailənin ixtiyarındadır.

Əksəriyyəti masson ailələri olan bu şəxslərin qüdrətli kölgəsi daim dünya dövlətlərinin üzərindədir. Onlar hətta Yer üzündə yaşayan insanların sayını belə nəzarətdə saxlayırlar.

Mütəxəssislər bu planı “ayaq ucunda totalitarizm” adlandırırlar. Çünki, bu gizli qüvvələr bizi addım-addım izləyir, beynimizi və ciblərimizi oyub, içinə girirlər.

Həmin məxfi təşkilatın başında “13-lük Şurası” durur. Bu 13 ailə planetin ən varlı və əsilzadə sülalələridir. Məhz onlar, bəşəriyyətin taleyini həll edirlər. Bu şuraya daxil olmaq isə, qeyri-mümkündür. Çünki onlar özlərini qədim Tanrıların varisləri sayırlar.

Bu məxfi “klan” (italiyanca ailə) haqda qaranlıq qalan məqamlara toxunub, onların planet üzərindəki hökmranlığını araşdırmağa çalışacağıq.

Öncə ailələrin siyahısı ilə tanış olaq: Rotşild (Bayer və ya Bauer), Brüs, Kavendiş (Kennedi), Mediçi, Hannover, Habsburq, Krupp, Plantagenetov, Kavendiş, Rokfeller, Romanov, Sinkler (Sent-Kler), Varburq (Del Balanko), Vindzor (Saksen-Koburq- Höte)

Bəlkə də, bu tam siyahı deyil, amma məhz bu sülalələr planetin taleyini həll edirlər. Dünyanın ən zəngin sülaləsi isə, Rotşildlərdir. Onların sərvəti 500 trilyon dollardır. Bu, istənilən ölkənin gəlirindən daha çoxdur.

Ailələr öz sərvətlərini nəzarətdə saxladıqları təşkilatlar hesabına artırırlar.

Məsələn, bu siyahıdakı London şəhəri adlanan maliyyə mərkəzi, Britaniyaya məxsus deyil, ABŞ Federal Rezerv sistemi ölkənin səlahiyyətində deyil. Vatikan – ideoloji mərkəzi İtaliyaya məxsus deyil. Vaşinqton – mühüm siyasi, hərbi və strateji mərkəz ABŞ-ın tərkibinə aid deyil.

 

Beyinlərin yuylması

Mövcud təhsil sisteminin əsas qayəsi bu ailələrə xidmət edib, onların sərvətini artıracaq düşüncəsiz kölələr yetişdirməkdir. Təhsil müəssisələri uşaqlara düşünmək vərdişi qazandırmaq əvəzinə, onlara hadisəni analiz etmədən yadda saxlamaq alışqanlığı aşılayır.

Məsələ haqda biraz da ətraflı düşünəndə, görürük ki, problemin kökü lap dərindədir. Əhalinin kütləşdirilməsi prosesi hər tərəfli baş verir. Burada təhsil müəssisələrinin, dini qurumların, kütləvi informasiya vasitələrinin, həmçinin mailyyə sisteminin də böyük rolu var. İnsanlar gözüqapalı inanan və əmrlərə tabe olan hüquqsuz qullara çevrilirlər.

 

Valyuta qulları

Biz hər günümüzün ən az 8 saatını işləyirik. Sonra, qazandığımız məvacib yetdiyi qədər yemək, nəqliyyat, alış-veriş və əyləncə xərclərimizi ödəyirik. Onlar televiziya, reklam, jurnal və qəzetlər vasitəsilə zövqümüzü formalaşdırır, arzu və istəklərimizi yönləndirirlər. Sualsız, iradsız işləyib məvacibini alan yeni-yeni qullar əldə edirlər.

 

Bundan xilas olmaq mümkündürmü?

Bunun yeganə yolu əldə etdiyimiz informasiyaları bir neçə mənbədən dəqiqləşdirib, sonra inanmaqdır. Televizorda yayılan xəbərlərdən uzaq durmaqdır.

Bahalı geyimlərə və digər dəbdə olan əşyalara pul xərcləyib, özünüzü müflis duruma salmayın. Daha çox kitab, bədii ədəbiyyatlar oxuyaraq intellekt səviyyənizi yüksəldin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir