heykel

Fövqəlgücə sahib olan 4 insan haqda bilmədikləriniz

Baxış sayı: 1. 880

Fövqəlgücə sahib olan qəhrəmanlar yalnız nağıllarda, yaxud müasir filmlərində olmur. Çox nadir hallarda olsa da, onlara real həyatda da rast gəlmək mümkündür.

“Gencaile.az” dünyada fövqəlgüc sahibi olaraq tanınan 4 insanın qeyri-adi qabiliyyətini təqdim edir. Bu insanların tibb elminə də böyük köməyi var.

 

İlan zəhəri ilə qidalanan musiqiçi

Kaliforniyada yaşayan musiqiçi Stiven Lyudvin: o, ilan zəhərini xoşlayır.

“Mənim üçün ilan zəhəri qəhvə kimi bir şeydir. Onu içəndə özümü daha gümrah və güclü hesab edirəm”, – deyə Stiven bildirir.

Onun evində 17 ilan yaşayır. İki pitondan başqa, digər ilanların hamısı öldürücü zəhərə malikdir. Stiven təxminən 30 ildir zəhərlə “qidalanır”. Həmçinin, öz damarına ilan zəhəri yeridir.

Hər şey uşaq vaxtı, atası onu Mayamidə ilan saxlanılan məntəqəyə (serpentarium) aparanda baş verdi. Məntəqənin direktoru ilan zəhərinə qarşı zəhərin özündən immunitet hazırlayır və öz bədəninə vururdu. Bu Stivendə dərin təəssürat yaratdı.

Musiqiçi danışır ki, həmin direktor heç vaxt xəstələnmədiyini iddia edirdi: “Nəticədə o, 100 il yaşadı. Mən bunu həmişəlik yadda saxladım”.

Stiven 1987-ci ildə Londona köçür və burada zəhərli ilan satan şirkətə işə düzəlir. Məhz o vaxt özünə ilk dəfə ilan zəhəri vurur. Həmin vaxtdan ilanlar onu sancır və onun bundan xoşu gəlir. Amma bir dəfə az qala öləcəkdi: 2008-ci ildə səhvən gürzə və Amerika ilanının zəhərindən, həmçinin, bir neçə əlavə zəhərdən özü üçün kokteyl düzəldir. Kokteyli içəndən sonra ölüm həddinə çatsa da xilas ola bilir. Lakin zəhər içməkdə davam edir.

Stiven deyir ki, zəhər ona cavan qalmağa kömək edir. O, 13 il qripə tutulmayıb.

Kopenhagen Universitetinin alimləri Yer kürəsində Stiven kimi ikinci bir insanın olmadığını hesab edirlər. Stiven tibb elminə kömək etməyə çalışır. Bunun üçün o, ildə dörd dəfə Kopenhagenə uçur, qanından və sümük iliyindən analiz verir. Alimlər gələcəkdə müxtəlif zəhərləri onun üzərində sınaqdan keçirməyi düşünürlər.

 

İyləyərək xəstələrə diaqnoz qoyur


Böyük Britaniya vətəndaşı Coy Miln danışır ki, bir dəfə əri qorxmağa başladı. Lakin o, buna elə də fikir vermədi. Sonra isə onun ərinə parkinson (mərkəzi sinir sistemi) xəstəliyi diaqnozu qoydular. Bu xəstəliyə tutulanlarda “xəstəlik qorxusu” olur. Bu xəstəlikdən əziyyət çəkənlərə kömək edən Xeyriyyə təşkilatı onlara da yardım edir. Miln təşkilatda bu qorxuya tutulmuş insanları görür.

2012-ci ildə Miln neyrobioloq Tila Kunatanın mühazirəsinə gəlir. Sona qədər dinlədikdən sonra bildirir ki, o, parkinson xəstəliyinə tutulmuş insanları iylə tapmağı bacarır. Neyrobioloq onun sözlərini ciddi qəbul etmir. Lakin həmkarları ilə söhbətdən sonra fikrini dəyişir və Milni tapır. Ona iki köynək göstərir və xahiş edir ki, hansının parkinson xəstəliyindən əziyyət çəkən insana məxsus olduğunu müəyyən etsin. O, köynəyi iyləyir və asanlıqla tapır. Neyrobioloq ona əlavə yeddi köynək verir və Miln yalnız yeddinci köynəkdə səhv edir. Lakin bir il sonra məlum olur ki, Miln əslində səhv etməyib, yeddinci köynəyin sahibində də eyni xəstəlik var imiş.

Tədqiqatçılar müəyyənləşdirdilər ki, parkinson xəstəliyinə yoluxmuş insanın paltarının yaxalığından iy gəlir. Fərz etdilər ki, bunun mənbəyi yağlı vəzlərdir. Parkinson xəstəliyi dəri ilə piyin ayrılmasına təsir edir. Hazırda alimlər Milnin unikal qabiliyyətini Parkinson xəstəliyinin diaqnostikası üçün texnologiyaya çevirməyə çalışırlar. Əgər buna müvəffəq olacaqlarsa, o zaman xəstəliyin müalicəsinə erkən vaxtı başlaya biləcəklər.

 

Buzlu insan


Hollandiyalı Vim Hof 17 yaşında özündə buzlu gölə tullanmaq arzusu hiss edir. Bu, qarşısıalınmaz arzu idi və o bunu edir, həmçinin, aşkar edir ki, soyuq ona təsir etmir. Həmin vaxtdan 40 il keçib və Hof ən dəhşətli şaxtaya da asanlıqla dözə bilir. Vim 2007-ci ildə Şimal Qütbünə yola düşür. O, ayaqqabısını çıxararaq, qar üzərində 21 kilometr qaçır. Temperatur -35 dərəcə idi. İki il sonra o, paltarını soyunaraq, yarıçılaq halda Kilimancaro dağının zirvəsinə qalxır. Sonra 20 dərəcə şaxtada 42 kilometr qaçır. 2011-ci ildə o, ağzına qədər buzla doldurulmuş vannada 113 dəqiqə qalır və Ginnesin Rekordlar Kitabına düşür.

Vim hesab edir ki, o, bu qabiliyyətə Tibet yoqlarının ixtira etdiyi tənəffüs texnikasını inkişaf etdirməklə nail olub. Hətta o, “Buzlu insan olmaq” adlı kitab da yazıb.

Qəribə də olsa alimlər hesab edirlər ki, Vimin bu fikrində həqiqət payı var. Tədqiqatçılar sınaq üçün Vimin bədəninə qripə səbəb olan, yüksək hərarət yaradan zəhər daxil etdilər. Lakin bunların heç biri hollandiyalıda baş vermədi. Alimlər belə nəticəyə gəldilər ki, tənəffüs sisteminin tənzimlənməsi orqanizmdə immunitenti gücləndirir.

 

Suyun altında 10 dəqiqə qalır

2016-cı ildə Serbiyadan olan Branko Pyotr yeni dünya rekordu qırdı: o, suyun altında 10 dəqiqə 14 saniyə qala bilirdi. Normal insan havasız orta hesabla 30 saniyə qala bilir. Lakin Pyotr nəfəslərini ən çox saxlayan dalğıcları da ötür. O, beş il ərzində sualtı ovla məşğul olub və özünü də belə inkişaf etdirib. Pyot peşəsini də məhz peşəkar idmançı olmaq üçün atır.

Onun bu qabiliyyəti alimləri çox düşündürür. Çünki dalğıclar maksimum 5 dəqiqə suyun altında qala bilirlər. Soyuq suda insanın ürək döyüntüsü yavaşlayır, damarlar daralır və qan beyinə və ürəyə daha az gedir. Oksigen balonu olmadan ən peşəkar dalğıc belə suyun altında 10 dəqiqə qala bilməz. Bəs Pyotr bunu necə edir? Tədqiatçılar buna dəqiq cavab tapa bilmirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir