Çinli qadınların gənclik sirləri, braziliyalı qadınların hamar bədəni…- əslində, hər ölkənin özünə aid kiçik gözəllik sirləri var. “Gencaile.az” ölkələrə görə qadınların gözəllik sirlərini sizinlə bölüşür.
Skandinaviya ölkələri
Skandinaviyalı qadınlar dərilərinə gözəllik qatmaq üçün əsla günəşlənmirlər. Hətta günəşdən mümkün qədər uzaq dururlar.
Avstraliya
Kəpəkdən qurtulmaq üçün avstraliyalı qadınlar şampunlarının içinə bir neçə damcı çay tikanı yağı tökürlər.
Misir
Kleopatra süd vannasını kəşf edən qadın kimi tanınır. Misirli qadınlar da bu adəti davam etdirməyə başlayıblar. Onlar hamam vannasına 2 lt südə 100 qr bal əlavə edib 20 dəqiqə vannalanırlar. Beləliklə, bədənləri daha yumşaq və elastik olur.
Braziliya
Braziliyanın isti havası və qumsalları sayəsində braziliyalı qadınlar sellülit üçün çox asan bir vasitə tapıblar. İslaq qum ilə sellülitli yerlərə masaj etmək. Bu masaj qan dövranını sürətləndirdiyi üçün portağal qabığı görünüşünün qısa zamanda yox olmasını təmin edir.
Çin
Çinli qadınların dillərə dastan hamar dəri və gənc görünüşünün təbii ki, bir sirri var. Düyü suyu. Qırışların qarşısını almaq üçün çinli qadınlar düyünü 20 dəqiqə suda saxlayaraq, üzlərini bu su ilə təmizləyirlər.
Kolumbiya
Kolumbiyalı qadınlar saçlarının daha parlaq və yumşaq olması üçün avokado və bananı əzib, bir qaşıq da zeytun yağı əlavə edərək, saçlarında 30 dəqiqə saxlayırlar.
Bolqarıstan
Bolqarıstanda ən çox istifadə edilən gözəllik vasitəsi qızılgüldür. Bolqar qadınlar üzlərinin yumşaqlığını və parlaqlığını hər gün qızılgül suyu ilə təmizləməyə borcludurlar.
Yunanıstan
Zeytun yağı Yunanıstanda bəlkə də yeməkdən çox gözəllik üçün istifadə edilir. Hətta sadəcə gözəllik üçün deyil, dəri yanıqlarının müalicəsində də zeytun yağı təsirli bir vasitədir. Bir kasa qatığın içinə bir qaşıq zeytun yağı tökün və saçınızda 5 dəqiqə saxlayın. Saçınız yumşaq olacaq.
Meksika
Kimin kəşf etdiyi bilinməsə də, bu aralar meksikalı qadınlar arasında ən populyar şeylərdən biri çay qaşığı ilə kirpik qıvrıltmaqdır. Çay qaşığını isti suda bir az saxladıqdan sonra gözünüzə yaxınlaşdırın və kirpik köklərinizə toxundurun. Barmaqlarınızla kirpiklərinizi qaşığa doğru basdıqdan sonra bir az saxlayın və ardından tuş sürtün.