masin

Qara şüşələr, plyonka, pərdə və jalüzlər olan maşın sürücülərini nə gözləyir?

Baxış sayı: 1. 652

Azərbaycanda avtomobilin şüşələrinin qara olması ilə bağlı məhdudiyyətlər var. Lakin bu məhdudiyyətlərdən sui-istifadə edən sürücü və yol polislərinə də rast gəlmək mümkündür. Yol polisi qara, plyonkalı,pərdəli və ya jalüzlü avtomobil görərsə, nə etməlidir?

 

Qara şüşələr

Ilk olaraq ondan başlayaq ki, bizdə avtomobilin arxa görüntü şüşəsindən savayı bütün şüşələrinə plyonka çəkmək qanunla qadağandır. Və ya praktikada qadağandır. Bəli, AZS122-2004 AZS standardına  və ümumiyyətlə tərəfdar çıxdığımız beynalxalq normalara görə, sürücünü  görünüş dairəsindən savayı digər şüşələr (sürücünün arxası) nizamlanmalı deyil. Bizdə praktikada arxa şüşəyə plyonka vurduqda belə, sürücü 150 manat miqdarında cərimələnir. Bu məsələnin praktika hissəsidir və uzun müddətdə belə olacaq. Digər bir məsələ isə qara şüşələrlə bağlıdır. Elə həmin AZS 122-2004 standardına əsasən:

Küləyə qarşı şüşələr üçün – 75 %
Küləyə qarşı olmayan digər şüşələr üçün – 70 %
Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

Qaydalara əsasən DYP inspektoru vizual olaraq şüşələrinin qara olmasını müəyyən etdikdən sonra, bunu təsiqləmək üçün avtomobilinizi saxlatdıra bilər. Birbaşa yoxlanış bu cür baş verir. İnspektor saxlayır, saxlama səbəbini deyir, sənədləri tələb edir, taumetr adlanan cihazla isə cihazın istismar kitabçasına uyğun yoxlama aparır. Taumetr adlanan cihaz inspektorda yoxdursa, posta və ya cərimə meydançasına getməklə bağlı göstəriş qeyri-qanunidir. Qanunda bu cür göstəriş nəzərdə tutulmayıb. Şüşələrin qara olması ilə bağlı cərimə yazarkən (yeri gəlmişkən, 150 manat deyil, 50 manatdır) bu qayda pozunstunun sübut edilməsi ilə nəticələnməlidir. Yerində sübut isə, yoxlamadan mümkün deyil.

Ölçmədən öncə sürücü bu cihazın uyğunluq sertifikatını və istkmar kitabçasını (pasportunu) tələb edə bilər. Sürücü əmin olmalıdır ki, bu cihaz rəsmi olaraq texniki ölçü cihazı kimi təsdiqlənib. Qaranlıq havada, yağışda və soyuqda ölçməyə qadağa mövcud deyil. Bütün qadağaıar cihazın kitabçasında qeyd edilir. Əgər belə qadağalar varsa, DYP inspektoru buna diqqət etməlidir.

Keçək cərimə məsələsinə. İXM-də ban şüşlərinə plyonka və pərdə çəkilməsinə görə 150 manat miqdarında cərimə nəzərdə tutulub. Lakin praktikada  DYP inspektorları qara şüşələrə görə də 150 manat cərimə yazırlar. Qanuna görə belə olmaz. Və ümumiyətlə həmin avtomobil heç cərimə meydançasına belə gedə bilməz.

İXM-nin 96-cı maddəsinə əsasən: 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda sürücü idarəetmədən kənarlaşdırılır.

Qara şüşələrə görə isə 342.5-ci maddəni tədbiq etmək daha doğru olur – Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat cərimə edilir. Əlavə olaraq onu qeyd edim ki, əgər avtomobildə plyonka və ya pərdə varsa və yerində sürücü tərəfindən sökülərsə cərimə yazılır, lakin avtomobil cərimə meydançasına getmir.

 

Sənaye üsullu jalüzlər

AZS 122-2004 : Avtomobilin şüşələri ilə bağlı rəsmi dövlət standartı. İlk olaraq onu qeyd edək ki, AZS 122-2004-də sürücünün görünüş dairəs П şəkilli müəyyən edlilib (bənd 3.2.4). Rəsmi dövlət standartını saytımızdan yükləyə bilərsiniz. Bizim qanunda sürücünün arxasında qalan şüşələrə jalüz asılmağa icazə var. Qadağa yoxdur və cəriməsi mövcud deyil. Çünki İXM 342.2.4 maddəsində deyilir : Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə.

İcazə verilməyən örtük – qanunda plyonka və pərdə olaraq müəyyən edilib. AZS 122-2004 satadartına son edilmiş dəyişikliyə görə sənaye üsullu jalüzlər (bunu hələ müəyyən etmək lazımdır ki. sənayə dedikdə nəyi nəzərdə tuturlar) yalnız 1 may -15 noyabr tarixində istifadə edilə bilər. Lakin İXM-də bununla bağlı həır hansı bir cərimə movcud deyil. Çünki İXM 342.2.4-ü maddəsi 1 saylı əlavədə nəzərdə tutulmuş plyonka və pərdəni qanundan kənar hesab edir. Qanunda eləcə də yazılıb :  şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə. Yazılsaydı ki,  şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka, eləcə də AZS 122-2004 standartına əsasən mövsümdən kənar ) çəkildikdə. Bu başqa məsələ. Lakin bu hələ harasıdır. Guya 1 may 15 noyabrdan kənar jalüz istifadə edilsə nə olacaq ? Noyabrın 20-i taxılan jalüzlə mayın 5-i taxılmış jalüz arasında nə prinsipial və əhəmiyətli fərq var ? Məncə yoxdur. Noyabrın 15-i çox güman saytlar, tv-lər reportajlar hazırlayacaq, ola bilər kiməsə cərimə də yazsınlar. Yazsalar, rahatlıqla İXM 342.2.4 maddəsindən şikayət edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir