“Beynim doludu, heç nə düşünə bilmirəm, ağır stress altındayam, yaşadığım hadisələrin təsirindən xilas ola bilmirəm, son zamanlar uğurlarım azalıb, səhv qərarlar verirəm, işlərimə nəzarət edə bilmirəm”, – deyirsinizsə, deməli, beyin yorğunluğu yaşayırsız.
Beyin yorğunluğu zamanı ən çox qarşılaşılan şikayətlər sırasına unutqanlıq, diqqət əskikliyi, öyrənmə və əzbərləmə pozğunluqları, beyində ağırlıq hissi, diqqətsizlik, səbrsizlik və tez əsəbləşmə halları daxildir. Beyin yorğunluğu yaşayan insanlarda beyində alzehmirdə olduğu kimi proses yaşanmır, ancaq onlar oxumaqda çətinlik çəkir, digər səhifəyə keçdiyində əvvəlki səhifəyə tez-tez baxmaq ehtiyacı duyarlar.
Beyin yorğunluğu hansı peşələrdə çalışanlarda sıx rastlanır?
Maliyyə işləri ilə məşğul olan, ağır iş tempinə məruz qalan idarəçilər, köməkçilər, tələbələr və buna bənzər bir çox sahələrdə çalışanlarda beyin yorğunluğu yaşanır.
Beyin yorğunluğu yaşayan işçilərdə beyin məhsuldarlığı azalır. Düşünməkdə çətinlik çəkər, problemlərə praktik həll yolu tapa bilməz, performansı sürətlə aşağı düşməyə başlayar. Dostları ilə münasibətində, danışıqlarında fərqliliklər yaşanar, həmişə əsəbi, kobud davranışlar göstərərlər.
Beyin yorğunluğunun səbəbləri nələrdir?
Uzun müddətli stress yaşanması
Gərgin iş tempi
Metropol şəhərlərdə havasız, dar və kiçik ofislər
Elektrik cihazlardan yayılan elektromaqnit dalğalar
Mobil telefon siqnalları, TV və radio dalğaları, yüksək gərginlik xətləri, elektromaqnit kirlilik
Spirtli içki aludəçiliyi, depresiyya, yuxusuzluq, narahatlıq
Xəstəliklə bağlı atılan dərmanlar
Vitamin çatışmazlığı
Beyin yorğunluğuna qarşı nə etmək olar?
İnsana xroniki stress bəxş edən hallardan uzaq durmaq
Sağlam olmayan iş ortamından uzaqlaşmaq
Havasız məkanlarda işləməmək
Gündəlik olaraq idamanla məşğul olmaq
İş zamanı, ya işdən sonra hansısa musiqi aləti çalmaqla məşğul olmaq
Ağır iş zamanı arada dincəlmək
İmtahanlara hazırlaşarkən arada fasilə edib idman, musiqi ilə məşğul olmaq lazımdır.
Beyin yorğunluğuna hansı qidalar faydalıdır?
Fındıq, qoz, badam, çəyirdəkli quru üzüm, yaşıl tərəvəzlər, böyürtkən, somon və sardalye balığı, üzüm suyu, alma, kəpəkli düyü, isti kakao, çay və qəhvə beyin yorğunluğuna müsbət təsir edən qidalardır.