Qiyamətin qopacağı gün təxmininə daha bir yenisi əlavə olunub. “Gencaile.az” Türkiyə mediasına istinadən xəbər verir ki, serial şəklində ehtimal nəzəriyyəsi irəli sürən və daha öncə iki fərqli tarixdə qiyamətin qopacağını iddia edən numerologiya mütəxəssisi Deyvid Meade, qiyamət üçün indi də 11 aprel 2018-ci il tarixini işarə edib.
Meade 11 aprel 2018 tarixi etibarilə qiyamət müddətinin başlayacağını və itkin planet Nibirunun dünya ilə toqquşaraq qiyamətin başlanğıcına səbəb olacağını iddia edib.
Planet X News adlı internet saytında bir məqalə yazan Deyvid Meade bir çox ilginc iddiaya da yer verib. D.Meade 21 avqust 2017-ci il tarixində gerçəkləşən Günəş Tutulmasının yeddi il davam edəcək sıxıntı dönəminin xəbərçisi olduğunu dedi.
Tutulmanın ABŞ-ın 33-cü ştatı Oreqonda başladığını və 33-cü paralelə təsadüf edən Cənubi Karolina ştatında yekunlaşdığını bildirən Meade, bu tip bir tutulmanın ən son 99 il öncə yaşandığına və bu rəqəmə 33×3 əməliyyatı ilə çatmağın mümkünlüyünə diqqət çəkdi.
Meade ayrıca İncildə Teslisi təmsil edən bəzi ifadələrə də işarə etdi və Həzrəti İsanın 33 yaşında öldüyü nümunəsini Verdi. 21 dekabr 2017-ci ildə Birləşmiş Millətlər İrsailin paytaxtı olaraq Qüdsü elan edəndən 42 gün sonra Super Qanlı Mavi Ay Tutulması fenomeni də gerçəkləşmişdi. Meade bununla bağlı da xatırlatma etdi.
İncil alimi Ron Reesein 11 aprel 2018-ci il etibarilə böyük sıxıntı dönəminin başlayacağını vurğulayıb. Meade Deccalın bu tarixdən etibarən qaranlıqdan çıxaraq hərəkətə keçəcəyini iddia edib.