Meyvəli şirniyyatı sevməyən yoxdur. Hazırda da yaz fəslidir və meyvələrin ən gözəli və dadlısı çiyələyin fəsli yetişir. “Gencaile.az” mətbəxinizdə asan hazırlayacağınız çiyələkli tart reseptini təqdim edir.
Lazım olanlar:
150 qram kərə yağı
Yarım stəkan şəkər tozu
1 paket vanil
1 yumurta
2 stəkan un
Kremi üçün:
2 stəkan yarım süd
3 xörək qaşığı nişasta
3 xörək qaşığı şəkər tozu
1 paket vanil
2 xörək qaşığı kərə yağı
1 paket toz krem şanti
Hazırlanması:
Xəmiri hazırlamaq üçün undan başqa bütün ləvazimatları yoğurun. Daha sonra unu içinə yavaş-yavaş əlavə edərək yoğurmağa davam edin.
Hazırlanan xəmirdən parçalar qopararaq, daha əvvəldən yağlanmış kiçik tart qəliblərinin içinə yerləşdirin.
Xəmiri qəliblərin içinə yerləşdirdikdən sonra qabarmaması üçün çəngəllə deşiklər açın.
180 dərəcəlik sobada 20 dəqiqə bişirin.
Bişən tart xəmirlərini soyumaları üçün sərin bir yerdə saxlayın.
Kremin hazırlanması: Qazana sıra ilə süd, nişasta və şəkər tozu tökərək qarışdırın. Qarışım krem formasına gəldikdə içinə kərə yağı tökün və qarışdırmağa davam edin.
Qaynayan kremi ocaqdan götürün və içinə krem şanti töküb çırpın. Alınan kremi tartların içinə sıxın və çiyələklə bəzəyin.
Nuş olsun!