toy

Qohum evliliyi niyə olmaz? – SƏBƏBLƏR

Baxış sayı: 1. 995

Qohumluqları çatan qadın və kişinin evliliyi nəticəsində dünyaya gələn uşaqların şikəst olduğu proqnozunun mütəxəssis və bioloqlar tərəfindən əsassız olduğu açıqlanmış və belə bir işin zərərsiz olduğu vurğulanmışdır. Qohumlararası evliliyin zərərsiz olduğu sübut edilib. Ata-ananın vücudunda hər hansı bir şikəstlik, xəstəlik və ya (anadangəlmə) nöqsan olmadığı halda bu evlilikdən meydana gələn uşaqlarda da bu kimi çatışmamazlıqlar ola bilməz. Qohumlararası evlilik problemini araşdıran mütəxəssislər həyata keçirdikləri tədqiqatlar nəticəsində belə evliliklərin zərərsiz olduğunu açıqlayıblar. Bu sahə üzrə mütəxəssis doktor Atoklayn Berk baunları söyləyir:

“…Mən qohumlararası evliliyin problemsiz olduğunu düşünürəm. Həmçinin qohumlar arasında hər hansı bir xəstəlik və ya anadangəlmə şikəstlik olmadığı halda belə evlilikdən qorxmaq lazım deyil. Bu tip evliliklərdə ata-ananın sağlamlığı çox mühümdür. Belə olduqda dünyaya gələn uşağın sağlamlığında da hər hansı bir çatışmamazlıq ola bilməz. Bunu da deyim ki, şəxsən mən özüm qohumlararası evliliyin zərərliolduğunu söyləyənlərə qarşı çıxıram…” Bəli, bu gün qohum olan şəxslərin evlilikləri nəticəsində dünyaya gələn uşaqlar arasında anadangəlmə kor, şikəst, lal və s. rast gələ bilərik. Lakin, mütəxəssislərin də təsdiq etdiyi kimi, bunun əsl səbəbi qohumluqda deyil, əksinə, ata-ananın səhlənkarlığı və xətasındadır. Belə ki, səbəbsiz yerə “bu ancaq qohumlararası evlilikdəndir” demək yersizdir. Bu sahə üzrə mütəxəssislərin bir çoxları qohumlararası evliliklərə qarşı çıxan şəxslərin fikirlərinin əsassız olduğunu vurğulayaraq belə deyirlər: “Biz qohumluğu çatan şəxslər arasında evlənmək istəyənlərə evlənmədən öncə mütəxəssis bir həkimə müraciət etmələrini dostcasına tövsiyə edirik. Çünki korlar məktəbində tələbələr arasında apardığımız statistik araşdırmalar nəticəsində iki yüz tələbədən ən azı yüzündə bu qüsurun səhlənkarlıqdan qaynaqlandığını müşahidə etdik.Əgər vaxtında mütəxəssis bir həkimə müraciət olunsaydı, bu kimi xoşagəlməz hadisələr də meydana çıxmazdı…”

Qohumlararası evlilik nəticəsində dünyaya gələn bir çox şəxslərin həyatlarının sonunadək fiziki və ruhi cəhətdən sağlam olduqlarının də şahidi oluruq. Bəzi mütəxəssislər qüsurlu doğulan uşaqların şikəstliklərinin səbəbini qohumlararası evlilikdə görürlər. Lakin bu, səhv bir fi kirdir. Çünki qohum olmayan insanlardan dünyaya gələn uşaqlar arasında da şikəst və qüsurlu olanlar var. Deməli, bu kimi hadisələrdə əsas səbəbkar bəzən ataananın özləri olurlar. Çünki qədim zamanlardakı və indiki ailələrin vəziyyətini diqqətlə araşdırsaq görərik ki, həm qohumluğu çatan, həm də qohum olmayan şəxslərin evlilikləri nəticəsində qüsurlu uşaqlar dünyaya gələ bilir. Bu da ortaya atılan fikirlərin əsassız olduğunu sübuta yetirən açıq bir dəlildir. Diqqət edin! Valideynlərin övladlarını evləndirərkən diqqət edəcəkləri məsələlərdən biri də ailə quran tərəfl ərin sağlam olmalarıdır.

Genetik nöqteyi nəzərdən yanaşdıqda…

İnsan orqanizminin bütün xüsusiyyətləri genlər tərəfindən müəyyənləşdirilir. Gen isə körpəyə ata və anadan ötürülür. Bu səbəbdən körpə bəzi əlamətlərinə görə ataya, müəyyən əlamətlərə görə isə anaya bənzəyir. Genin nəzarət etdiyi əlamətlər isə dominant və ressesiv olurlar. Dominant əlamətlər üstünlük təşkil edir, ressesiv əlamətlər isə şəxsdə görünmür, yəni gizli olur.
Qohum olan şəxslər evlənərkən irsi olan xəstəliklər araşdırılmalı və nəzərə alınmalıdır. Bəzi əlamətlər deyildiyi kimi ressesivdir, yəni xəstəlik gendə olduğu halda biruzə vermir. Bu zaman qohum olan şəxslər evləndikdə yeni doğulacaq körpəyə keçən genlərdə xəstəlik olduğundan körpədə artıq xəstəlik təzahür edir və bu daha qabarıq formada özünü göstərir. Yəni əlamətlər dominantlıq əldə edir.
Bununla yanaşı qohum evliliklərinin yalnız bir xeyri ola bilər. Bu isə müəyyən istedada malik olan qohum qadınla kişinin heç bir irsi xəstəlik olmadığı halda evlənməsidir. Yəni evlənən şəxslər istedadlı və qeyri adı təfəkkürə malikdirsə bu əlamətlər körpəyə genlər vasitəsilə ötürülür.
Yəni qohum evliliklər zamanı ilk növbədə irsi xəstəliklərin olub-olmaması araşdırılmalıdır. Bir problem olmadığı halda cütlər evlənə bilər. Xatırlatmalıyam ki, qohum evlilikləri daha artıq olan yəhudilərdə irsi xəstəliklər daha çox olduğu halda istedadlı insanların da yəhudilər olduğu məlumdur.

İslam dini qohumlar arasında nikah bağlanmağa qarşı çıxmır. Bu, normal bir haldır. Ümumiyyətlə, bu gün təbabətdə qohumlar arasında evlilik nətiсəsində dünyaya xəstə övladın gəlməsi barədə deyilənlər hamıya aid deyil. Bu, hemofiliya, talassemiya və s. bu kimi irsi xəstəliklər zamanı özünü göstərir. Bu isə əslində, qohum olmayan ailələr arasında da baş verə bilər. Bunu da ailə qurmadan önсə tibbi müayinə yoluyla müəyyənləşdirmək mümkündür. Belə bir hal əsla qohumlararası nikahın qadağan olmasına dəlalət edə bilməz. Konkret olaraq ailə qurmağa hazırlaşan oğlanla qızın hər ikisində eyni genetik xəstəlik olarsa, onun gələcək körpəyə keçməməsi, fəsadlarla nətiсələnməməsi üçün bu cür nikahlardan çəkinmək daha məqsədəuyğundur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir