Siqaret çəkən insanların zəka səviyyəsi çəkməyənlərə nisbətdə 7,5 bal daha aşağıdır.
“Gencaile.az”-ın xarici mətbuata istinadən xəbərinə görə, İsraildə təxminən 20 min əsgər arasında aparılan bu araşdırma siqaret çəkənlərin İQ-lərinin çəkməyənlərə nisbətən daha aşağı olduğunu ortaya çıxarıb.
Bir insan nə qədər çox siqaret çəkirsə, İQ səviyyəsi də bir o qədər aşağıdır.
Araşdırmanın nəticələri:
Siqaret çəkməyənlərin İQ-sü – 101
Siqaret çəkənlərin İQ-sü – 94
Gündə 1-5 siqaret çəkənlərin İQ-sü – 98
Siqaretə 18 yaşından sonra başlayanların İQ-sü – 97
Gündə bir qutu və ya daha çox siqaret çəkənlərin İQ-sü – 90
Bununla yanaşı, araşdırma əsnasında zehni və davranış problemləri olan insanların siqaretə sarıldıqları qeyd olunub.