Mehmet Saka

Bakıya gələn məşhur ekstrasens: “Sevgilisindən ayrılan qadınlar yanıma gəlirlər və…” – FOTOLAR

Baxış sayı: 1. 693

Türkiyənin məşhur bioenerji uzmanı Mehmet Saka Bakının qonağı olub.

“Gencaile.az” “Musavat.com”-un  suallarına cavab verən məşhur ekstrasenslə müsahibəni təqdim edirik.

 

Azərbaycanda sizə reaksiyanın necə olacağını düşünürsünüz?

– Burada dostlarım var, onlar mənə kömək edəcək. İnsanları şəfalandıraraq özümə inam qazanacağam. O zaman mənə qarşı olan diqqəti görəcəksiniz.

– Bioenerji nədir?

– Bioenerji insanlar üzərində olduğu düşünülən kosmik enerjidir. Bütün canlılarda enerji var. İnsanlara şəfa verən, metabolizmasını qaydaya salan  bir anlamdır. Türkiyədə buna həyat enerjisi deyilir. Məsələn, bir insan bir stulda əyləşirsə, onun enerjisi o stula keçir. Ondan sonra həmin oturacaqda əyləşən insan da həmin enerji ilə yüklənir. Mən insanları görmədən də onlar haqqında bilgi əldə edirəm. Enerji önəmlidir, həyatımıza təsir edir.

 

– Xəstəliklərin müalicəsində bioenerjidən istifadə edilir. Bioenerji bəlli bir xəstəliklərin, yoxsa bütün xəstəliklərin müalicəsində istifadə edilə bilər?

– Tibbin çarə tapa bilmədiyi bütün xəstəliklərdə istifadə oluna bilər. Epilepsiya, sara kimi xəstəlikləri müalicə edə bilirik, xərçəng xəstəliklərinə qədər müdaxilə edə bilirik. Xəstəliklərdə sərhəd yoxdur. Bədənsəl və ruhsal bütün xəstəliklərə şəfa veririk. Enerji ruh, zehin, bədən üçlüyündən  meydana gəlir. Ona görə də bioenerji ilə bədənin məruz qaldığı bütün xəstəliklərə çarə oluruq.

– İnsanlar əsasən, hansı xəstəliklər üçün müraciət edirlər?

– Yanıma gələnlərin 85 faizi qadınlardır. Ruhsal sıxıntılardan dolayı bioenerjiyə ehtiyac duyurlar. Əsasən, sevgilisindən ayrılanlar gəlir, tək istəkləri sevdiklərini geri qazanmaqdır. Yaşadıqları hadisələrdən aldıqları travmalara görə daha çox bizə müraciət edirlər. Son iki ildə bədənsəl xəstəliklər üçün müraciət edənlər artıb. Revmotizma, xroniki ağrılar, epilepsiya, xərçəng xəstəlikləri üçün yanıma gəlirlər. İnsanlar artıq bioenerji elmindən xəbərdardır.

– Ruhsal pozuntular üçün niyə psixoloqa, psixiatra deyil, sizə müraciət edirlər?

– Psixoloqlar dərmanla müalicə edirlər. Biz isə məsələnin özülünə enirik. Özünü təmizləyərək, şəfa veririk. Biz dərmansız, kimyəvi maddə istifadə etmədən sağaldırıq. Enerji ilə ən sadə depressiya vəziyyətindən tutmuş şizofrenləri belə, müalicə edə bilirik. Onun ruhunu təmizləyirik. Hər şey beyinə bağlıdır. Beyin sağlam olanda bədənə öz pozitiv təsirini göstərir.

– Bu prosesdə inanmaq nə qədər önəmlidir?

– Normal bir bioenerji uzmanına getsəniz, sizi inandırması çətin olar. Amma üst səviyyəli uzmana getsəniz, inansanız da, inanmasanız da, sizə təsir edəcək. Mən üst səviyyəli uzmanam. Siz mənə inanmırsınız, bir azdan sizin üzərinizdə enerjinin gücünü göstərəcəyəm. Onu deyə bilərəm ki, sadəcə olaraq, inanmayanlara təsir etmək zaman alır. Modern tibbdə də eyni proses keçərlidir. Sağalacağına inanan xəstə tez sağalır.

– Siz həm də metofizik uzmanı, paranormal hadisələrin araşdırmaçısısınız…

– Doğrudur. Bu elmləri də araşdırıram. İslam dünyasına kosmik hücumlar var. Onların qarşısını alan şəxslərdən biri də mənəm. Bundan əlavə ekstrasensəm. Qayib Allahdandır, o kimə istəsə, qayibi göstərir. Bizim bacarığımız Allah vergisidir. Bir kişinin gələcəyini görmək üçün onun adına, cisminə ehtiyacım yoxdur, səsini eşitmək kifayətdir.

– Falçılar da gələcəyi görür. Sizin fərqiniz nədir?

– Falçılıq batildir, gələcəyi söyləyə bilməz. Onlar varlıqlarla hərəkət edirlər. Varlıqlar dediyimiz cindir. Cinlərdən istifadə etmək haramdır.

– Bir çox falçı və ekstrasesnlərin barmağında üzük olur. Falçılar bundan cin çağırmaq üçün istifadə edirlər. Sizin barmağınınzda da var…

– Falçılar cini üzüyün üzərinə kodlayırlar. Mənim barmağımdakı üzük isə qoruyucu enerjiyə sahibdir. Mən üzüyümün üzərində enerji kodlayıram. Hazırda sənin içdiyin çaya belə, enerji ötürə bilərəm. Gümüş üzükdür, üzərindəki akik daşıdır. Üzərində Hilye-i şerif yazılıb. Hilye-i şerif peyğəmbərimizin sürətini anlatan duadır. Üzüklərimi özüm dizayn edirəm, pozitiv enerji yükləyirəm. Çünki bu işi görəndə neqativ enerji ilə yüklənirəm. Pozitiv enerji almaq üçün bu üzükləri taxıram.

– Bir də qara magiya var ki, deyirlər, xristianların etdiyi magiya gec və çətin pozulur….

– Xristianlar qara cadu edirlər. Cadunun ağı yoxdur. Xristianların və  yahudilərin özünəməxsus caduları var. Cadunun ömrü 40 gündür. 40 gün sonra bitər, təsiri uzun çəkir. Bir cadunu pozmaq 5 dəqiqəmi alır. Cadudan qorxmaq lazım deyil.

– Azərbaycanda siyasətçilərin, sənətçilərin, məmurların falçılara, ekstrasenslərə müraciət etdiyini tez-tez eşidirik. Türkiyədə də elədir?

– Əlbəttə, elədir. Daha çox sənətçilər gəlir. Mənim bir özəlliyim də ondadır ki, mən kiməsə pislik etmək istəyənləri qəbul etmirəm. Onlara görüş belə, vermirəm. Mən pozitivlik üçün çalışıram. İnsanların həyatını asanlaşdırmaq istəyirəm.

– Deyirlər ki, falçılar, ekstrasenslər özlərinin və yaxınlarının gələcəyini görə bilmirlər…

-Hümmətə ehtiyacı olan hümmət edə bilməz. O cadu edənlərin müalicəyə ehtiyacı var. Çünki onların dediklərini özləri görə bilmir, cinlər xəbər verir.  Dediklərinin çoxu yalandır. Mən sənə “2 gün sonra filan şey olacaq” desəm, özünü ona kökləyəcəksən və onu yaşayacaqsan. Bu batildir, etmək haramdır.

– Azərbaycanda yaxınlarda olacaq bir hadisəni deyə bilərsiniz?

– Fala baxar kimi nə isə deməyim səhv olar. Mövcud durumu izləyirəm. Azərbaycana kosmik hücumlar var. Azərbaycan inkişaf edən ölkədir. Mən buranı öz ölkəmdən ayırmıram. Biz tək millət, iki dövlətik. Ikimizin də başından bəla əksik olmur. Azərbaycana qarşı xarici hücumlar çoxdur.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir