amneziya

Amneziya nədir və necə yarana bilər?

Baxış sayı: 1. 969

Zehnimizdə qeyd olunan məlumatları saxlamaq və ya da salmaq gücünə yaddaş deyilir. Keçmişlə bağlantı qurmağımızı təmin edən yaddaş müxtəlif xəstəliklər və ya travmalar nəticəsində zədələnə bilər. Bunların nəticəsində xəstə hiss etmədən, onda amneziya, yəni, yaddaş pozulması yarana bilər. Xalq arasında amneziya və unutqanlıq qarışdırılır. Lakin amneziyada unutqanlıqdan fərqli olaraq, zehində pozuntular, psixoloji təsirlər, davranış pozuntuları, qarabasma kimi problemlər olur.

 

Amneziyanın növləri

Travmatik amneziya –  Kəlləyə dəyən zərbələrdən yaranmış amneziya travmatik amneziyaya, əksər hallarda müvəqqəti yaddaş pozulmasına səbəb olur. Lakin yaranmanın şiddəti önəmlidir. Yaralanmadan yaranan amneziyanın müddəti dəyişə bilər.

Anteroqrad amneziya –  Yeni hadisələrin və ya məlumatların uzun müddətli yaddaşa həkk olunmamasına anteroqrad amneziya deyilir. Bunun əksinə, amneziya əvvəlki dövrü xatırlaya bilməyə də retroqrad amneziya adı verilir. Beynin deklarativ yaddaş ilə bağlı hissələrin zərər görməsi nəticəsində yaranır.

Dissosiativ amneziya –  Psixoloji və ya duyğusal travmalar nəticəsində yaranan yaddaş pozuntularıdır. Stress və gərginlik yaradan hadisələrin yaddaşda itməsinə deyilir.

Korsakov sindromu –  Həddən artıq alkoqol qəbulundan yaranan B1 vitamini çatışmazlığı beyində amneziya yarada bilər.

Laküner amneziya –  Spesifik bir hadisə haqqında yaranan yaddaş itkisinə laküner amneziya adı verilir.

Dissosiativ füg –  Psixoloji travmalar nəticəsində yaranan müvəqqəti yaddaş itkisinə deyilir.

İnfantil amneziya –  Uşaqlıq dövründəki xatirələrin xatırlanmamasına deyilir.

Qlobal amneziya –  Travmatik bir hadisə nəticəsində yaranan tam yaddaş itkisidir.

Postipnotik amneziya –  Hipnoz zamanı hadisələrin unudularaq təkrar xatırlanmasının mümkün olmamasına deyilir.

Psixogenik amneziya –  Amneziya səbəbi olaraq psixoloji faktorlar göstərilməkdədir.

Qaynaq amneziya –  Bir xatirənin özünün yox, qaynağının bilinməməsinə deyilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir