Distimi depressiyanın yüngül, amma xroniki olan formasıdır. Bu tip insanlar davamlı olaraq yorğunluqdan şikayət edir, yuxuları isə nizamsızdır. İştahlarında gözlə görünəcək dərəcədə bir dəyişiklik olmasa da, nə yediklərindən, nə də etdiklərindən tam olaraq zövq ala bilmirlər.
Distimi bilavasitə şəxslərin ikitərəfli əlaqələrinə, şəxsi münasibətlərinə də mənfi təsir edir. Bu tip şəxslər ətrafında çox sayda insan istəmirlər. Bəzən dünyadakı hərkəsin pis olduğunu və ya bütün pis hadisələrin özünlərini tapdığını zənn edirlər. Pessimizm yavaş-yavaş yayılaraq həyatınlarına istiqamət verməyə başlayır.
Şəxslərin iş həyatında o qədər də dəyişiklik hiss olunmur. Aktiv iş həyatına davam edirlər, hətta uğursuzluqlar onları daha da tədbirli olmağa istiqamətləndirdiyi üçün işlərində müvəffəqiyyət qazanırlar. Ancaq yeni bir işə başlamağa, daha da irəliyə getməyə, risk almağa, mövcud imkanlarından tamamilə istifadə etməyə istək və enerjiləri yoxdur.
Klinik depressiyada olduğu kimi, xroniki depressiyada da dərman müalicəsi və psixoterapiya kimi təsirli üsullardan istifadə olunur. Bəzən insanlar dərman müalicəsi almaqda olduqları halda depressiya əlamətlərinin xronikləşdiyini görürlər. Belə bir vəziyyətdə müalicənin psixoterapiya ilə davam etdirilməsi daha məqsədə uyğundur.
Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu Orxan Fərəcli