usaq

Anasız qalmaq uşağın beyin funksiyalarını necə dəyişir?

Baxış sayı: 1. 829

Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir. İndiana və Purdue Universiteti alimləri bununla bağlı araşdırma aparıb.

Alimlərin siçanlar üzərində tətbiq etdiyi araşdırma zamanı bəlli olub ki, həyatlarının ilk vaxtlarından analarından uzaq qalmaları onlarda travma yaradır. Heyvanların sonrakı dövrlərdə isə beyin funksiyalarının dəyişdiyi müşahidə edilib.

Araşdırmanın nəticəsi ilə bağlı yayımlanan məqalədə bildirilir ki, beyindəki bu dəyişikliklər şizofreniya kimi nevroloji xəstəliklər riski olan insanlarda rastlanan simptomlarla oxşardır.

Məqalədə o da vurğulanır ki, siçanlar beynin inkişafı baxımdan vacib olan ilk 9 gün ərzində onlar 24 saat analarından ayrı qalıb. Analarından ayrı qalanların beynində qeyd etdiyimiz dəyişikliklər baş verərkən, digər siçanların beynində bu cür hallara rast gəlinməyib. Buna görə də, alimlər eyni prosesin insan beynində də müşahidə edilə biləcəyi qənaətinə gəlib. Yeni doğulan uşaqların ilk vaxtlarda analarının yanından olmasının sonrakı inkişaf üçün çox vacib olduğunu bildiriblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir