geyim

Mövsümün incə və zərif seçimi: xallı paltar dəbi – FOTOLAR

Baxış sayı: 2. 220

Artıq may ayının təxminən yarısını geridə qoymuşuq. Önümüzdəki günlərdə bizi indikindən daha isti hava şəraiti gözləyir. Bu isə o deməkdir ki, qarderobu yeniləmək barədə düşünmək vaxtıdır. Hətta bəlkə də bunun üçün bir qədər gecikmişik də. Beləliklə, bu yazıda modapərəst oxucuları xallı geyim dəbi ilə tanış edirik.

 

Xallı paltarlar yenidən aktualdır. Adətən, qara rəngi bəzəyən xallı naxışlar bu mövsüm daha maraqlı versiyada qarşımıza çıxır. Dizaynerlər qırmızı şifon, çəhrayı və yaşıl yarımşəffaf ipəklərə, eləcə də tor kimi nazik parçalara səxavətlə noxud dənələri (xal naxışı) səpiblər.

Onun populyarlığının zirvəsi 1980-ci illərə təsadüf edir: Minni Mausun paltarını, yaxud da Madoonanın “Bu qız kimdir” filmindəki lasinlərini yada salın.

Həm lüks, həm də demokratik brendlərin 2018-ci ilin yaz-yay kolleksiyalarında xallı naxışlı geyimlərə rast gəlmək mümkündür.

Bu, nadir trenddir ki, həm ciddi, həm incə, həm çox gözəl görünür, eyni zamanda darıxdırıcı təsir bağışlamır. O demək olar ki, bütün qrafik printlər və istənilən rənglərlə uyğunlaşır.

Odur ki, xallı don dəbinə biganə qalmayın. Çünki illər keçsə də, onlar bütün zamanların ən populyar parçaları olub.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir