pul qabi

Pul kisəsi haqqında bilmədikləriniz

Baxış sayı: 3. 846

Qənaətcil olmanıza, büdcənizə ciddi ciddi nəzarət etmənizə baxmayaraq, pullarınız yenə də pul kisəsindən boş yerlərə xərclənib gedirsə, deməli, nə isə düz deyil. Ola bilsin ki, siz sadəcə, öz əmanətlərinizi düzgün saxlamırsınız.

Beləliklə, bu yazıda varlanmaq istəyən oxuculara doğru pul kisəsini seçməyə kömək edəcəyik.

Pul kisəsi necə olmalıdır?

Pul kisəsi özünə çoxlu pullar cəlb etmək üçün o, ilk növbədə keyfiyyətli olmalıdır. Ucuz pul kisəsi heç vaxt özünə pul çəkə bilməz, çünki o, özündə yoxsulluq enerjisini daşıyır. Əgər pul kisəniz, ucuzdursa, o halda gəlirin artırılması haqqında unudun. Boşuna ümidlənməyin, ucuz pul kisəsi sizə heç bir fayda verməyəcək.

Əgər bahalı pul kisəsi almağa pulunuz yoxdursa, onda orta qiymətlisini alın. Ən əsası o, keyfiyyətli görünməli, zənginlik haqqında təəssürat yaratmalı və kifayət qədər funksional olmalıdır. Pul kisəsi “əmtəə” görünüşünü itirən kimi ondan xilas olmaq lazımdır. Məsələ ondadır ki, cırıq, sökük, hətta dəliklər instinktiv olaraq sizi yoxsulluğa proqramlaşdırır. Köhnə pul kisəsi ilə nə etməli? Ən yaxşısı ondan dərhal yaxa qurtarın və təcili yenisini alın.

Onu da unutmaq olmaz ki, pullar geniş pul kisəsində daha yaxşı “yaşayır”. İstənilən, hətta ən böyük əskinasları pul kisəsinə qatlamadan qoymaq lazımdır. Əgər ən böyük əskinasların yerləşə biləcəyi pul kisəniz olmasa, deməli, onlar sizdə heç vaxt peyda olmayacaq. Pul kisəsinin xırda pullar üçün nəzərdə tutulan rahat cibi də mütləq olmalıdır.

Varlanmaq naminə pul kisəsini müəyyən rənglərdə seçmək məsləhətdir. O, təbii dəridən və qırmızı rəngdə olmalıdır. Fen-şuyə əsasən isə qəhvəyi, qara, sarı, qızılı və gümüşü pul kisələri sahibinə zənginlik bəşx edir. Göy, mavi, yaşıl rəngli pul kisələrindən isə qorxmağa dəyər, çünki belə bir pul kisəsindən pullar sözün əsl mənasında axıb gedəcək.

Pul kisəsinin içi necə olmalıdır?

Ənənəvi olaraq, pul cəlb etmək üçün uğur gətirən pul talismanını pul kisəsinin bir küncünə qoymaq və onu heç vaxt xərcləməmək məsləhət görülür.

Müxtəlif ölkələrdə hesab edirlər ki, pul kisəsinin gizlin gözündə üzüm salxımı, nanə və ya yaşıl çay yarpağı saxlamaq pul kisəsinə pul cəlb etmək qabiliyyətinə malikdir.

Rus inanclarına görə, pul kisəsinə kiçik bir parça qurudulmuş qıtığotu qoymaq uğur gətirir. Deyilənlərə görə, bu ritual böyük pulları maqnit kimi özünə cəlb edəcək. Özü də bu otu pul kisəsinin adətən istifadə etmədiyiniz cibinə qoymaq daha yaxşıdır.

Həmçinin, xırda pullar üçün nəzərdə tutulan cibdə daim 5 qəpik saxlamağı unutmayın.

Yadda saxlayın ki, pul kisəsində artıq heç nə olmalı deyil. Doğmaların fotoları və keçmişi xatrıladan müxtəlif əşyaların yeri pul kəsi deyil. Bununla yanaşı, köhnə çeki və müxtəlif kağız-kuğuzdan da yaxa qurtarmaq lazımdır. Çünki pul ancaq pulların əhatəsində olmalıdır ki, onların artmasına başqa heç nə mane ola bilməsin.

Pul kisəsinin pul cəlb etməsi üçün onunla necə rəftar etməli?

Böyük pulların üzü sizin tərəfə olmalıdır. Portmanata pulları azalan ardıcıllıqla qoyun. İlk növbədə yuxarı məbləğlər göz önündə olmalıdır. Bu qaydalar sizin həm pula olan ehtiramınızı göstərir, həm də siz daha onları tez-tez saymayacaqsınız. Eləcə də qayda-qanun sizi sözün həqiqi və məcazi mənada öz maliyyə vəziyyətinizə nəzarət etməyə imkan verəcək.

Pul kisəsini heç bir halda tamamilə boş saxlamayın. Onun içində həmişə toxunulmaz ehtiyat, heç olmasa, bir neçə əskinas və qəpik olmalıdır.

Əyri yolla qazanılan və ya yerdən tapılan pul xoşbəxtlik gətirmir, ona görə də onları pul kisəsində saxlamaq məsləhət deyil. Yaxşısı budur, o pulla qohumlarınıza və yaxın adamlara hədiyyələr alın, ehtiyacı olanlara verin və yaxud da hansısa işə yatırım edin. Amma halal qazanılmış pulları sevmək və onlara xüsusi qayğı ilə yanaşmaq lazımdır.

Pulla bağlı sənədləri (hesabları, çeklər) qırmızı qapalı zərfdə və ya qırmızı rəngli qovluqda saxlamaq lazımdır. Bu halda sizdə hesabların ödənilməsi və kreditin ödənilməsi ilə bağlı heç bir problem olmayacaq.

Əlbəttə, bütün bu üsullar sizə nənənin nağılları kimi fantastik görünə bilər. Əgər inanmırsınızsa, bu qaydalara əyləncəli oyun kimi yanaşın.




1 şərh “Pul kisəsi haqqında bilmədikləriniz

  1. Mehmet Akın ISKENDER

    Satınalma Müdürlüğünün Dikkatine !!!

    Firmamız deri Cüzdan Kartlık Çanta Kemer ve deri aksesuar üreten bir firma, Firmamızın bünyesinde 110 kişi çalışmakta 10 adet kendimize ait mağazamız bulunmakta mağazalarımızın ikisi İstanbul yeni hava limanı dış hatlar terminali Unifree içerisinde yer almaktadır. Ekte firmamızla ilgili birkaç detayı paylaştım sizlerle. Firmamız birçok markaya üretim yapıyoruz.

    En çok sattığımız ürünleri ekte sizlerle paylaşmak isterim bu ürünler satışı garanti ürünlerimiz .
    Sormak istediğiniz her hangi bir detay olması durumunda lütfen benimle iletişime geçmenizi rica ediyorum.
    Koleksiyonumuzun bir kısmına likten ulaşabilirsiniz. https://drive.google.com/drive/folders/1slAWLQPn55CNVIQb77lV6KQbETb2Zfnu?usp=sharing
    Firmamızın küçük tanıtım videosunu sizinle paylaşmak isterim: https://drive.google.com/file/d/11msBWNrielf-RIke-awp99Ct-5Pvgru_/view?usp=sharing

    Biz size nasıl avantaj sağlarız?
    – Rakiplerinize ciddi fiyat ve kalite avantajı sağlamanıza yardımcı olacak ürünler üretiyoruz.
    – Pandemi döneminde insanların sağlığa göstermiş olduğu hassasiyet daha fazla arttı bu nedenle anti bakteriyel deri arge çalışması yaparak gerekli test çalışmalarını yaparak insanlara daha sağlıklı ürünler üretmekteyiz.
    – İnovatif çözümler üreterek hızlı hareket edebilme kabiliyetine sahibiz .
    – Türkiye’nin en büyük üreticilerinden biriyiz alım ve üretim kapasitemizle ürünleri tedarik ederken avantajlı hale getirecektir.
    – İşimize özen göstererek yaptığımız işi en iyi şekilde yapmamız gerektiğinin bilincindeyiz ve 40 yıldır bunu yapıyoruz. Amacımız iyi kaliteli ürünleri ulaşılabilir fiyatlara müşterilerimize sunmak .
    – Hem üretim Hem perakende hep toptan tecrübemiz olması nedeniyle beklentilerinizi karşılayacak ürünlerle hızlı satışa dönecek ürünleri üreterek müşterilerinizin beklentilerine uygun ürünler üretiriz.
    – 7000 üzerinde satış noktası perakende tecrübemiz, ulusal ve uluslararası 97 marka için yapmış olduğumuz üretim elimizde ciddi bir ürün performans datasını barındırmamız.
    – Ulusal ve uluslar arası markalarla çalışmamız global ve lokal trendleri hızlı takip edip bu trendleri iş ortaklarımızla paylaşarak katmadeğerli uzun vadeli iş ortaklıkları sağlayabilmemizi sağlamaktadır.
    – Ulusal ve uluslar arası markalarla çalışmamız üretim süreçlerimizi uluslar arası standart denetimlere uygun halde üretim süreçlerini, hammadde alımlarımızı şekillendirmemizi sağlamaktadır.
    – Kullanmış olduğumuz hammaddelerin tamamı insan sağlığına aykırı hiçbir kimyasal içerik kullanılmamaktadır.
    – Mevcut ürün koleksiyonumuz dışında sizin satacağına inandığınız ürünleri koleksiyonunuz için üretebilme kapasitesine tasarım ve üretim ekibine sahibiz.
    – Ortalama 20.000 adet modeli bünyesinde barındıran firmamız her hafta ortalama 3 modeli bünyesine dahil ederek ürün performanslarını üç ay takip etmekte başarılı olan modelleri iş ortaklarımızla paylaşarak bu ürünleri iş ortaklarımızın karlılığını yükseltmek için koleksiyonlarına dahil etmekteyiz.
    – Müşterilerimizin talepleri doğrultusunda Çanta gurubunda müşterilerimizin istekleri doğrultusunda suni deri ürün koleksiyonları da yapmaktayız.
    – Çalışmış olduğumuz markaların talepleri doğrultusunda sevkiyatlarını tam zamanlı olarak operasyonlarına uygun olarak sevkiyatlarını yapmaktayız.
    – Çalışmış olduğumuz markaların talepleri doğrultusunda müşteri yapılarına uygun vermiş oldukları hedef fiyatlara göre ürünler geliştirme tasarlama ve üretme kabiliyetine sahip bir firmayız.
    – E- Ticarette çalışmış olduğumuz 200 üzerinde firma ile çalışmamız e-ticaret sitelerinde en iyi talep gören ürünleri sizin ürün gamınıza dahil edebiliriz.

    Bilgilerinizi rica ediyorum.

    — Saygılarımla;

    M. Akın İskender Satış Pazarlama Müdürü / Sales Marketing Manager

    ÖZÖZLER DERİ MAM. DAY. TÜK. MALL. SAN. VE TİC. LTD. ŞTİ.
    T: +90 216 487 26 98 F: +90 216 487 28 69 M: +90 533 604 43 15
    W: http://www.guardleather.com E: akin.iskender@ozozler.com.tr
    A: Akşemsettin MH. Tavukçuyolu CD. Tasdik SK. NO: 1 34925 Sultanbeyli / İstanbul / Türkiye

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir