burcler

Bürclərə görə pul kisəsinə bərəkət gətirən talismanlar və totemlər

Baxış sayı: 1. 872

Yəqin ki, çoxunuz uşaqlıqda evdə fit çalanda valideynləriniz dəfələrlə sizi buna görə tənbeh edib. “Evdə fit çalmazlar, yoxsa yoxsulluq gətirəcək” kimi fikirlər müxtəlif xalqların inanclarında da rast gəlinir.

Ümumiyyətlə müxtəlif ölkələrin ənənələrinə nəzər salsaq, onda pulla bağlı çoxlu sayda oxşar mövhumatlar tapa bilərik.

Bu yazıda pul kisəsinə bərəkət gətirən, rifahı yaxşılaşdırmağa kömək edəcək beş ən geniş yayılmış ritualdan bəhs etmişik.

 

Qırmızı pul kisəsi

Image result for lots of money pounds

Pul kisəsi seçimində sarı, narıncı, qəhvəyi, qızılı, gümüşü, darçın çaları, ağ və boz rəngli modellərə üstünlük verin. Çünki məhz onlar təbii torpaq çalarları sayılır və fen-şui fəlsəfəsinə əsasən var-dövlət və uğur cəlb edir. Bundan başqa, qırmızı rəngə diqqət yetirmək lazımdır. Bu çalar Od ünsürünü xarakterizə edir, həmçinin enerji və bərəkət rəmzidir.

 

Xırdalanmayan əsginas

Fikirlər var ki, xırda sikkələr yalnız xırda pul cəlb edə bilər, ona görə də talisman seçimində iri məbləğdə pullar seçməyə çalışın. Bundan başqa, daha bir şərti var ki, saxladığınız iri məbləğdə pulun tarixçəsi olmalıdır. Məsələn, bu, ilk maaşınız ola bilər, yaxud da sizə içində müəyyən məbləğ olan yeni pul kisəsi hədiyyə olunubsa, onu saxlayın. Onu da unutmaq olmaz ki, iri məbləği pul kisəsinin ayrıca cibində saxlamaq lazımdır.

 

Qədim və nadir pul

Məhdud tirajla buraxılan nadir pul əsginasları, ya da qədim sikkələr maliyyə işlərində uğur cəlb edə bilər.

 

Zənginlik gətirən daşlarImage result for amethyst

Astrologiyaya inananlar uğur və sərvət cəlb edəcək cəlb daşlara diqqət yetirməlidir. Amma unutmayın ki, seçdiyiniz daş zodiak işarəsinə uyğun olmalıdır.

Qoç: ametist, heliotrop;

Buğa: əqiq;

Əkizlər: qranat, beril;

Xərçəng: zümrüd, kalsit;

Şir: rubin, serpantin;

Qız: yəşəm, aşma, kianit;

Tərəzi: brilliant;

Əqrəb: opal, pişik gözü;

Oxatan: lazurit, firuzə;

Oğlaq: oniks, malaxit;

Dolça: yaqut, obsidian;

Balıq: xrizolit, ay daşı.

 

Otaq bitkiləri

Image result for bambuk

Maliyyə vəziyyətini yaxşılaşdırmağın daha bir üsulu tərəqqi və var-dövlət simvolu olan bitkilər yetişdirməyə başlamaqdır. Buraya: Beqoniya, kalanxoe, qloksiniya, primula, fars alp bənövşəsi, bənövşə və bambuku daxil etmək olar. Bundan başqa gülün vəziyyətinə əsasən (çiçək açması və ya solması) sizi böyük maliyyə itkiləri gözlədiyini, yaxud əlinizə çoxlu pul keçəcəyini əvvəlcədən müəyyən etmək olar. Məsələn, əgər bitkinin yarpaqları qəflətən tökülməyə başlayırsa və ya səbəbsiz olaraq quruyursa, xərclərinizi azaldın, çünki sizi yaxın gələcəkdə pul itkiləri gözləyir. Və əksinə, əgər bitki çiçək verməyə başlayırsa, qonorar almaq şansınız var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir