omba

Cazibədar ombaya sahib olmaq üçün bu hərəkətləri edin – FOTOLARLA

Baxış sayı: 1. 645

Daha dik və sıx görünən ombaya sahib olmaq əslində o qədər də çətin deyil. Evdə, ya da ofisdə çox rahatlıqla edə biləcəyiniz bir neçə hərəkətlə buna nail ola bilərsiz.

“Gencaile.az” bu arzunuza çatmanıza kömək edəcək 5 hərəkəti fotolarla birgə təqdim edir.

 

1. Dizlər azca qarına doğru çəkilmiş vəziyyətdə yan yatın. Üstdəki ayağı 10-15 sm qədər açın. Ancaq ombanın geriyə getməməsinə və ayaqların bitişik qalmasına diqqət edin. Eyni hərəkəti digər tərəf üçün də təkrarlayın. Hər dəfə üçün 30 dəqiqə bəs edir.

2. Yan uzanıb ayağınızı önə doğru uzada bildiyiniz qədər uzadın, yerə qoymadan arxaya doğru uzada bildiyiniz qədər uzadın. Eyni hərəkəti digər ayaq üçün də təkrarlayın, hər dəfəsində 30 dəqiqə bəs edir.

3. İməkləmə vəziyyətində durub bir ayağınızı dümdüz uzadın. Daha sonra dizinizi 90 dərəcə bükün. Ayaq dabanınız ilə divarı itələyin. Eyni hərəkəti digər tərəf üçün də edin. Hər dəfə üçün 30 dəqiqə bəs edir.

4. Üzüstə uzanıb ön qollarınızı barmaqlarınız qarşını göstərəcək şəkildə yerə qoyun. Növbə ilə sinəninizi, ombanızı və dizinizi yerdən qaldırın. Ön qollarınız və ayaqlarınız  üzərində 20 saniyə durun. Bir  sonrakı gündə eyni hərəkəti  20 saniyə durun. Daha sonra 2 gündə 10 saniyə daha artırın.

5. Kürəyi üstə dizlər bükülü halda ayaqlar yerlə təmas halında ikən dizlər arasına kiçik rulo dəsmal yerləşdirin. Rulo sıxılaraq omba dümdüz yuxarı qalxır. Sonra ombanı yüngülcə aşağı salın, ancaq yerə dəymədən yenidən dümdüz durun. Dizlərinizin arasında rulonu sıxmağa davam edin. Hər hərəkəti 30 dəqiqə edin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir