xestelik

QORXUNC İNSANLAR: 4 ayaqlı, 2 vaginalı, başı 180 dərəcə dönən… – FOTOLAR

Baxış sayı: 1. 510

Xəstəliyin yaxşısı pisi olmaz. Ancaq bəzi xəstəliklər insanların həyatlarına birbaşa təsir edir. Hansı ki, bu xəstəliklərə milyonda bir insanda rast gəlinir.

“Gencaile.az” dünyanın nadir görülən xəstəliklərini təqdim edir:

 

Başını 180 dərəcə çevirən insan

Martin Laurello 1886-cı ildə Almaniyanın Nürnberq şəhərində anadan olub. Bədəni sabit halda, başını 180 dərəcə tərs çevirmə elastikliyinə sahibdir. Bu xüsusiyyətini sirklərdə pula çevirmək məqsədilə Amerikaya köçüb. 55 yaşında dünyasını dəyişən bu adama “Bayquş adam” deyirlər.

 

Kişilər kimi saqqalı olan qadın

Madam Klofullia İsveçrədə doğulub. Doğuşdan üzündə tüklərlə doğulan Klofullia 8 yaşında təxminən 5 santimetr uzunluğunda saqqala sahib idi. Normal bir kişidən belə daha uzun olan saqqalları sayəsində dövrünün diqqətçəkən insanlarından biri oldu. Ömrünü üzündəki bu gur saqqalları ilə keçirən Klofullia 47 yaşında vəfat etdi.

 

“Dəvə Qız” olaraq bilinən Ella Harper

1870-ci ildə Tennessedə dünyaya gələn Harper olduqca qəribə xəstəliyə sahib idi. Yol kənarında diz çökərkən ayaqlarının öndə qaldığı fərq edilən Harper bu xəstəliyinə görə “Dəvə Qız” olaraq tanınırdı.

Xəstəliyi müalicə edilmək istənsə də Harper bundan qəbul etmirdi. Çünki xəstəliyindən pul qazanırdı. 4 il ərzində bir çox ölkəyə gedən və buralarda tədbirlərə qatılan Harper 52 yaşında vəfat etdi.

 

4 ayaqlı, 2 vaginası olan qadın

Mrayrtle tibdə demək olar ki, rast gəlinməyən xəstəliklə doğulub. Çünki doğum əsnasında ölən əkiz bacısının yalnız beldən aşağısı Mraytle ilə birləşmişdi. 2 rəhm və 4 ayağa malikdir. Bir çox həkim tərəfindən Mraytlenin bu vəziyyəti araşdırılsa da, qəti olaraq nəticə çıxara bilməyiblər.

 

Anormal üzə sahib Mari Ann Bevan

Mari 1874-ci ildə Londonda doğulub. 29 yaşında milyonda bir rast gəlinən Akromegali sindromu ilə qarşılaşıb. Bu sindrom bədənin bir qismində fövqəladə böyüməyə yol açırdı. Marinin başı böyüməyə başladı. 30 il ərzində xəstəliklə mübarizə aparan Mari 59 yaşında vəfat etdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir