meshurlar

Tarixin ən bahalı toyunun ən dəbli qonaqları

Baxış sayı: 1. 593

Qırmızı xalçadan fərqli olaraq kral nikahı – minimalist, təmkinli və zərif geyimlərin paradıdır. Burada artıq-urtuq bəzək əşyaları, çox açıq paltarlar pis zövq əlaməti sayılır. Qonaqların özünə rəva görə biləcəyi ən qeyri-adi detal – maraqlı şlyapa və ya parlaq saç bəzəkləridir.

Yeri gəlmişkən, Harri və Meqanın toyunda xanımların əksəriyyəti təntənənin əsas qəhrəmanlarını kölgədə qoymamağa qərar vermişdi. Belə ki, ekstravaqant şlyapalar az gözə dəyirdi. Hətta baş geyimləri moda tarixinin bir hissəsinə çevrilən şahzadə Beatris Yorkskaya da bu dəfə olduqca təvazökar davranmışdı, o, uzaqdan çalmaya oxşar fasinatorla (baş geyimi) keçinmişdi. Görünür, qorxurdu ki, 2011-ci ildə Uilyam və Keytin toyunda başına gələn hadisə təkrarlanacaq və o, tənqidsiz ötüşməyəcək.

Герцогиня Сассекская Меган в пÐ

Xəbər verdiyimiz kimi, Böyük Britaniya şahzadəsi Harri ilə aktrisa Meqan Marklın 19 Mayda baş tutan təmtəraqlı toyu dünya tarixinə düşdü. Toy kral ailəsində ümumilikdə 45 milyon 794 min 38 dollara başa gəlib.

“Gencaile.az” “Publika.az”-a istinadən bu yazıda oxucuları toyun ən dəbli qonaqları ilə tanış edir.

 

Toy mərasimi Stella Makkartni benefisi (benefis – sənətkarın xidmətini, məharətini, əhəmiyyətini qeyd etmək üçün onun şərəfinə verilən tamaşa) olub. Görünür, qonaqlar sövdələşmədən Britaniyanın tanınmış dizaynerlər biri olan Stellanı dəstəkləmək qərarına gəlib. Qonaqların çoxu onun dəstlərinə üstünlük vermişdi. Yayılan məlumatlara görə, gəlinin paltarı da adıçəkilən moda evindən olmalı idi, lakin Meqan fikrini dəyişib və nəticədə “Givenchy”-nin kreativ direktoru Kler Ueyt Kelleri seçib. Sonradan məlum oldu ki, Meqanın ikinci gəliniyi “Stella McCartney” moda evinin məhsuludur.

İndi isə keçək toyun ən dəbli qonaqlarına…

 

Viktoriya Bekhem

Yeddi il əvvəl Viktoriya Uilyam və Keytin toyu üçün tünd göy paltar və şlyapa seçmişdi. O zaman onu günahlandırmışdılar ki, həddən artıq qaraya bürünüb. Tənqidlərə məhəl qoymayan missis Bekhemin növbəti seçimi də tünd rənglər üzərində olub. O, öz brendinə aid olan uzun qara libasını qırmızı tufli ilə tamamlayıb. Nəticə şıq və gözəl alınıb.

Devid Bekhem isə “Dior Homme” moda evinin, kişi xəttinin yeni kreativ direktoru postunda əyləşən Kim Consun ilk əsərlərdən birini seçib.

 

Amal Kluni

Toya “Stella Mccartney” libasında gələnlərdən biri Amal Klunidir. Sapsarı midi donu və geniş şlyapası Amalı dəbdəbəli toyun ən yaxşı geyinən və gözəl xanımlarından birinə çevirib.

 

Keyt Middlton

Keyt yenə də ən çox bəyəndiyi brendlərindən biri – “Alexander Mcqueen” moda evinə sadiq qalıb. Lakin hersoginya qayınının toyuna əvvəllər dəfələrlə geydiyi palto-paltarda gəlib. O, sadəcə olaraq şlyapasını başqası ilə əvəzləyib. İri qəhvəyi qızılgüllərlə bəzədilən şlyapanın müəllifi Filip Treysidir.

 

Kraliça II Yelizaveta

Kraliçanın toya hansı dizaynerdən geyinəcəyi barədə proqnozlar bir neçə gün əvvəlcədən verilmişdi. Çoxları hesab edirdi ki, o, 2007-ci ildən rəsmi kraliça dərzisi elan edilən Stüart Parvindən geyinəcək. Bu dəfə proqnozlar öz təsdiqini tapdı. Baş geyiminin müəllifi kraliçanın dizayneri və stilisti Ancela Kelli olub, qara çantanı isə sevimli brendi “Launer”dən seçib.

 

Ledi Kitti Spenser

Mərhum Diananın qardaşı qızı və model Kitti təntənəli mərasim üçün “Dolce & Gabbana”dan əyninə kip oturan, üzərində parlaq çiçək təsvirləri olan uzun don seçib. Və o, bu paltar sayəsində toyun ən yaxşı geyinən qadınlardan biri olub.

 

Pippi Middlton

Keytin hamilə bacısı Pippi paltarını Britaniya brendi “The Fold”dan seçib. O, obrazını “Jimmy Choo” brendinin ayaqqabı və çantası ilə tamamlayıb.

 

Doriya Reqland

Anası qızının toyu üçün “Oscar de la Renta”dan açıq yaşıl paltara üstünlük verib. Bu dizayner tipik amerikalı sayılır, çox güman ki, Doriya öz seçimi ilə mənşəyini qeyd etmək istəyib. Qərb jurnalistləri diqqət yetiriblər ki, Meqanın anası burnuna pirsinq taxıb və bu, ona çox yaraşıb.

 

Kressida Bonas

Şahzadə Harrinin keçmiş sevgilisi kimi tanınan aktrisa görünür diqqət mərkəzində olmağı xoşlayır. Əksər qonaqların üstünlük verdiyi birrəngli paltarlardan fərqli olaraq, Kressida toya “Eponine” markasından etnik naxışlı, rəngbərəng paltarını geyinib.

 

Keri Malliqan

“Böyük getsbi” və “Doktor Kim” serialının ulduzu Keri Britaniya brendi “Erdem”dən (yaradıcısı əslən türkdür) don seçib. O, dəstini “Jimmy Choo” ayaqqabıları ilə tamamlayıb.

 

Opra Uinfri

Mənbələrin məlumatına görə, Amerikanın məşhur aparıcısı Opra Uinfrinin seçdiyi toy paltarı az qalsın ki, onu pis vəziyyətə qoyacaqdı. Məşhur toy ərəfəsində aşkar edib ki, seçdiyi geyim həddən artıq ağappaqdır. Məlumdur ki, gəlin deyilsinizsə, toya ağ libasda gəlmək xoş addım sayılmır. Lakin Opra Uinfri vəziyyətdən məharətlə çıxıb. O, təcili “Stella Mccartney” brendindən solğun-çəhrayı kostyum tapa bilib. Yeri gəlmişkən, teleaparıcının şlyapası mərasimin diqqətçəkən aksessuarı olub. Müəllifinin Filip Treysi olduğunu başa düşmək çətin deyil.

 

Şahzadə Yevgeniya

Şahzadə Endyu və Sara Ferqyusonun qızı bu dəfə ABŞ-ın birinci xanımı Ceki Kennedinin obrazını təkrarlamaq qərarına gəlib. “Gaisbourg” paltarı , “Valentino” ayaqqabıları və “Fiona Graham”dan olan şlyapası şahzadəyə lazımi obrazı yaratmağa kömək edib.

 

Beatris

Yevgeniyanın bacısı təvazökar baş geyimi seçib, əvəzində “Roksanda” brendindən çox effektli, iri muncuq dənələriylə işlənmiş parlaq naxışlı don geyinib. Beatrisin baş örtüyünü “Dior” moda evinin daimi iştirakçısı Stiven Con hazırlayıb.

 

Cina Torres

“Fövqəladə vəziyyətlər” serialının çəkiliş meydançasında Meqan Marklın həmkarı olan Cina, “Costarellos” markasının al-qırmızı və ağ saplarla işlənmiş paltarı sayəsində toy mərasiminə dəvət olunmuş ən parlaq qonaqlardan biri olub.

 

Çelsi Deyvi

Harrinin toyunu zarafatla “Keçmiş rəfiqələrin kabusları” filmi adlandırırlar. Kressdi Bonasdan savayı, şahzadənin eks-sevgilisi Çelsi Deyvi də dəvətlilər arasında idi. O, “Alaia” moda evindən tünd göy paltar və bosonojka seçib. Əla seçimdir!

 

Sara Rafferti

“Fövqəladə vəziyyətlər” serialının daha bir aktrisası təntənəli toya bir neçə gün qalmış Britaniyaya təşrif buyurub. Axı o, Meqanın yaxın rəfiqəsidir. Sara Vindzor qəsrinə “Lanvin”dən qolları volanlı, tünd-göy paltarda və Filip Treysinin miniatür şlyapasında gəlib.

 

Serena Uilyams

Meqan Marklın yaxın rəfiqəsi və məşhur tennisçi mərasimdə Versace” moda evindən geyinən yeganə qonaq olub. Yeri gəlmişkən, solğun çəhrayı libasın fasonu italyan brendinin üslubuna qətiyyən bənzəmirdi. Ümumilikdə isə kral toyu üçün əla seçimdir.

 

Priyanka Çopra

Gəlinin daha bir rəfiqəsi, hind aktrisası və model Priyanka Çopra toya “Vivienne Westwood”dan lavanda rəngli kostyumda və Filip Treysinin hazırladığı assimetrik şlyapada gəlib.

 

Hersoginya Kamilla

Çarlz və Kamilla günün ən uyğun və yaxşı geyinən cütlüklərindən biri olub. Hersoginya “Anne Valentine” brendindən seçdiyi solğun-çəhrayı çaları paltosunu girdə, lələkli şlyapa və 200-ci ildə Çarlzın hədiyyə etdiyi qalın çokerlə tamamlayıb. Şlyapanın da müəllifi sözsüz ki, Filip Treysidir.

 

Kerol Middlton

Keyt Middltonun anası da öz dizayneri Ketrin Uokerə (yeri gəlmişkən, o, Diananın sevimli dizayneri və yaxın rəfiqəsi idi) özünə sadiq qalıb. O, Harri və Meqanın toyuna 2011-ci ildə öz qızı və şahzadə Uilyamın nikahında geyindiyi paltara bənzəyən, açıq-mavi minimalist paltoda gəlib. Kiçik qızı Pippinin toyunda da missis Kerol oxşar geyimdə olub, yalnız zərif-çəhrayı rəngdə. Necə deyirlər, sabitlik sənətkarlıq əlamətidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir