Son vaxtlar ulduzlar dodaqlarını narıncı pomada ilə vurğulamağa üstünlük verir. Dəb tendensiyalarının müəyyənləşməsində birbaşa rolu olan ulduzların bu seçimi də gözəllik trendlərinə təsirsiz ötüşməyib. Stilistlər bildirib ki, qum rəngli və narıncı pomadalar yaz-yay mövsümündə aktual olacaq. Çünki narıncı rəng yayın gəlişini xatırladır və xoş əhval-ruhiyyə yaradır.
Belə pomadaların pərəstişkarları arasında Cennifer Lopez, Rihanna, Emili Ratajovski və başqalarını göstərmək olar. Odur ki, Hollivud ulduzlarından nümunə götürməyə dəyər.
Məsələn, Emili Ratajovski kimi şaftalı tonlu pomadanı qızılı göz kölgələri ilə uzlaşdırın, yaxud da Ceylo kimi həm dodaqları, həm də yanaqları narıncı ənliklə vurğulayın.
Gözəllik eksperimentlərindən qorxmayanlar aktrisa Marqo Robbi kimi gözlərini və dodaqlarını balqabaq tonlarında makiyaj vasitələri ilə bəzəyə bilər.