kisi-qadin

Qadınların imtina edə bilmədiyi 10 kişi tipi

Baxış sayı: 1. 070

Qadınların kişilərdə axtardıqları xüsusiyyətlər bir-birindən fərqlidir: güclü olsun, etibarlı olsun. Bəs qadından sevdiyi kişi tipini soruşsaq, onu necə təsvir edərdi?

 

“Gencaile.az” maraqlananlar üçün qadınların imtina edə bilmədiyi 10 kişi tipini təqdim edir.

 

Pis uşaq. Nə edəcəyi bilinmir, qərarsız, heç bir şeyə dəyər verməz, ancaq qadınlar ona heyrandırlar. İki kişi arasında seçim etməli olan qadınlar, hər zaman pis uşaq obrazını seçərlər. Dayanılmaz cazibəsi və şeytan tükü ilə “pis uşaq” qadınların ən çox bəyəndiyi kişi tiplərindəndir.

 

İdmançı. Üsyankar, atletik eyni zamanda disiplinli. İdmançı kişilər qadınların xoşladığı kişi tipləri sırasında ikinci gəlir.

 

Musiqiçi. Getdiyi konsertdə səhnədə performans sərgiləyən biri ilə sevgili olmağı kim istəməz ki?!

 

Xarici vətəndaş. Fərqli və olduqca sirli. Fərqli vərdişləri olan xarici vətəndaş özəlliklə başqa ölkəyə getməmiş qadınlar üçün daha maraqlıdır.

 

İt saxlayan kişilər. İtin cinsi nə olur, olsun, xüsusən 30 yaşdan yuxarı qadınlar üçün bu kişilər möhtəşəm hesab edilir. Çünki onlar şəfqətli və məsuliyyəti dərk edən tiplər olur.

 

Yanğınsöndürən. Alovlarla savaşan adam həm güclü, həm də cəsurdur. Üstəlik, yaraşıqlıdırsa, hər şey tamamdır.

 

Cərrah. Qadınlar cərrahları daha seksual hesab edir. Yaraşıqlı bir cərrahda həm zəkanı, həm gözəlliyi bir arada görə bilir.

 

Aşbaz kişilər. Mətbəxdə nə edəcəyini bilən bir kişi, qadına təsir edə bilər. Heç bir qadın onun üçün hazırlanmış axşam yeməyinə “yox” deməz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir