haker

Internet vasitəsilə insanların pulları necə oğurlanır?

Baxış sayı: 1. 439

İnternet insan cəmiyyətinin informasiya mübadiləsi sahəsində əldə etdiyi ən mükəmməl və faydalı nailiyyəti hesab olunmaqdadır. İnternetin faydaları saymaqla tükənən deyil.

Ən vacib əlaqə vasitəsi kimi cəmiyyətin bütün təbəqələrini ortaq bir məkanda qarşılaşdırmaqla onların əsas məqsədlərini reallaşdırmaq uğrunda internet eyni zamanda əhəmiyyətli bir kitabxana, bank, mağaza, əyləncə məkanı , medya orqanı, təhsil məkanı və s. kimi vəzifələri yerinə yetirməkdədir.

Lakin, onun meydana çıxması üstünlükləri ilə bərabər müxtəlif cür çətinlikləri də bərabərində gətirdi. Belə çətin vəziyyətlər o qədər geniş vüsət alıbdır ki, demək olar hər gün xeyli internet fırıldaqları və ya bu fırıldaqların qurbanları ilə qarşılaşırıq. Bu yazıda əsasən internet vasitəsilə insanların pullarının necə oğurlanması barəsində məlumat veriləcəkdir.

Məlumdur ki, informasiya sərhəd tanımır və elə buna görə də dünyanın istənilən ölkəsində dələduzluq şəbəkəsi yaratmaqla, digər ölkələrdə olan sadəlövh və məlumatsız insanları tələyə salıb onların pullarını oğurlamaqda internet həmin dələduzların əsas silahdır. Belə aldatma metodları isə aşağıda qeyd olunan, hətta ölkəmizdə demək olar ki hər internet istifadəçisinin qarşılaşdığı problemlərdir:

Nigerian scammers. Firildaqçılar müxtəlif üsullarla sizin email adresinizi ələ keçiməklə əvvəlcə tanışlıq mesajları göndərir, özlərinin Afrika və ya Orta Şərq ölkələrindən birinin vətəndaşı olduğunu və ailəsi tərəfindən onlara miras qoyulan bir neçə milyon dolların xarici banklardan birində qorunduğunu qeyd edir.  Lakin, müəyyən səbəblərdən (təhlükəsizlik, vergi, hökumət və s.) həmin vəsaitlərin qaytarmağın çətin olduğunu, bunun üçün sizin ona necə kömək edə biləcəyinizi, sonda isə həmin pulların yarısının sizə verəcəklərini göstərirlər. Özlərinin yaratdığı digər mail ardeslərindən həmin bankla əlaqə saxlatdırır, sizi inandırmaq üçün hətta şəkillər, sənədlər də göndərirlər. Sonra prosedurlar üçün lazım olacaq vəsaitin məbləğini açıqlayır, bank hesabınızı sorusur və vəsaiti tələb edirlər ( 2000-5000$). Sonda isə ödəyə biləcəyiniz ən son məbləğə belə razı olurlar, hətta 100-200$ belə.

Lotoreya oyunları hiyləsi (lottery scams). Mailinizə gələn mesajda bildirilir ki, adınız bir neçə seçilmiş şəxs arasında qalib olub və bir neçə yüz min dollar mükafat qazanmısınız. Bu pulun alınması müqabilində isə sənədləşmə işlərinə sizin bank hesabınıza transfer etmək üçün müəyyən miqdarda vəsaitin köçürülməsini tələb edirlər. Bu mesajlar müxtəlif adlarla- Yeni il Bayramı, Futbol üzrə Dünya Çempionatı, Facebook oyunları və s. yüzlərlə adlarla göndərilə bilər. Lotoreya nümünələrinə isə internet üzərində xeyli sayda rast gəlmək mümkündür. Sadəcə axtarış sistemlərində “Lottery scams” yazmağınız kifayət edir. Əgər hər hansı biriniz bu tip mesajlarla qarşılaşdınızsa, birmənalı olaraq gözardı etməyiniz tövsiyyə olunur.

Reklam izləmə saxtakarlığı (Click fraud). Adətən insanların reklam izləyərək pul qazanmaqlarını vəd verərək onların saytlara investisiya qoymasını təşviq edir, reklam paketləri aldırır, referallar toplatdırıb gəlirlərini daha da artırır,ilkin olaraq ödənişlər edir, bir müddət keçdikdən sonra isə yoxa çıxırlar. Düzdür hal-hazırda xeyli sayda ödəniş edən PTC saytları mövcuddur. Laəkin çox minimal ödəniş elədikləri (reklam başına 0.001-0.005$), əksəriyyətinə isə Azərbaycandan çıxış olmadıqları üçün onlar qarşısında vaxt itirməyə dəyməz. Son vaxtlar elektron valyutaların meydana şıxması ilə birlikdə belə reklam saytlarının da sayında olduqca artım müşahidə olunmaqdadır.

Tanışlıq (Dating-romance scams). Ən geniş yayılmış dələduzluq üsullarından biridir ki, bu gün dünyada əksər insanlar bu problemlərdən şikayət edirlər. Əsasən oğlanların tanış olmaq məqsədilə qeydiyyatdan keçdikləri saytlarda cazibədar qadın profillərdən (əslində isə onlar mövcud deyil) aldıqları məktublar onların “premium” və ya “ gold membership” üzvlük haqqı üçün ödəmə yolu ilə bank hesablarından pullarının oğurlanması baş verir ki, sonradan bunu geri qaytarmaq mümkün olmur.

Səyahət reklamları (travel scams). Mütəmadi surətdə sosial şəbəkələrdə qarşılaşmaq mümkündür. Facebook, Yahoo, Gmail belə reklamlarla xeyli zəngindir. Hətta Playstore da yükləmək üçün xüsusi proqramları da var. Saxta turizm agentlikləri, saxta profillər vasitəsilə xüsusən də Yeni il bayramı və mühüm beynəlxalq yarışlar zamanı reklam olunur, ucuz təyyarə və hotel qiymətlər, gözəl məkanlar, səyahət yoldaşları (əsasən qadınlar) təklif etməklə insanların pullarını oğurlayırlar.

Saxta alışveriş (fake shopping). Hal-hazırda kifayət qədər tanınmış və etibarlı alış-veriş saytları mövcud olsa da, bununla bərabər xeyli sayda saxta saytlara da rast gəlmək mümkündür. Yaxşı hazırlanmış dizayn və bər bəzəkli görüntüləri ilə istifadəçilərin diqqətini çəkən bu saytlar, qanuni saytlarda yüksək qiymətə olan məhsulları çox aşağı qiymətə təklif edirlər. Onların məhsullarını əsasən paltar, qızıl-zinət, saatlar, telefonlar və digər elektron məhsullar təşkil edir. Ödəmələri topladıqdan sonra isə qəfildən yoxa çıxırlar. Belə saytlarawww.exvolare.se., www.mraac.com, www.reach-fan.top, www.btc-haven.com, www.filocity.com və s. yüzlərlə rast gəlmək mümkündür.

Buna bənzər bir üsul kimi artıq ölkəmizdə son illər ərzində belə bir halla qarşılaşanlar olmuşdur. Sizin satmaq istədiyiniz hər hansı bir məhsulu (telefon, komputer və s.) xarici ölkələrdən hətta yüksək qiymətlə sifariş verirlər. Sonra sizə poçtla həmin məhsulu göndərməyi tapşırırlar. Əgər məhsul sağlam olsa və xoşlarına gəlsə sizə ödəniş edəcəklər. Siz fırıldağı başa düşdünüz və fikirinizdən vaz keçdisinizsə, hədə qorxu gəlməyə başlayırlar.

Saxta iş təklifləri (scam job offers). Əgər Linkedin və ya digər iş saytlarında qeydiyyatdan keçmisinizsə, əlaqə məlumatlarınızı asanlıqla ələ keçirib özləri telefonunuza və ya emailinizə iş təklifləri gondərirlər. Yüksək əmək haqqı (saatı-30-50$), yüngül şərtlər, qeyri-peşəkar hazırlanmış məktublar, maillərində əlaqə nömrələrinin olmaması və s. onları fərqləndirən əsas cəhətlərdir. Proses belə təşkil olunur ki, sizinlə Messenger vasitəsilə intervü təşkil edirlər. Daha sonra bank hesabınızı ələ keçirmək məqsədilə alacağınız maaşın bir qismini öncədən təklif edirlər. Bəzən isə işədüzəltmə şirkətləri adından sizə mükəmməl CV-nin hazırlanması, iş tapılması və ev şəraitində ucuz qiymətə hazırlıq kurslarının keçirilməsini təklif edirlər. Hətta qurbanlardan birinin dediklərinə “görə online iş təklifi aldıqdan sonra intervü keçirdik. Məni işlə təmin elədilər. Sonra mənə yeni marka komputer göndərəcəklərini Lakin, bunun üçün proqram almalı olduğumu söylədilər və məndən 300$ pul oğurladılar”.

Bitcoin fırıldağı (Bitcoin scams). Ən yeni fırıldaqçılıq üsullarından biridir. Bu istifadəçilərin toplamış olduqları bitcoinləri ucuz qiymətə almaq və hətta oğurlamaq məqsədini daşıyır. Buna görə də real olmayan qiymətlərdən qaçmalı və birjadakı məzənnəni öyrənməlisiniz.

Bunlardan əlavə yüzlərlə internet-aldatmacaları mövcuddur. Lakin, ölkəmizdə o qədər də rast gəlinmir. Misal üçün: loan scams (0 %-lə borc), nanny scams (dayə işləri), Linkedin scams, work at home scams(evdən işləmək), credit card scams və s. bunlara aid edilə bilər

 

Scammerlərin əlinə düşməmək üçün diqqətli olmağınız bəzi məqamlar və görüləcək tədbirlər:

-məhsul və xidmətlərin xeyli aşağı qiyməti;

– ödəniş üçün sizi tələsdirirlər;

– sizinlə dostcasına davranır, şirnikləndirir, əgər bu fürsəti qaçırsanız bir daha belə fürsətin olmayacağını deyirlər

– səhifələrində kifayət qədər məlumat olmur;

– sizdən bank hesabınızı soruşurlar. Əsla tanımadığınız şəxslərə bank hesabınızı verməyin;

– ödənişlərinizi kriptovalyutalarla etməyinizi istəyirlər;

– sizə gələn mesajlar əsasən mavi və qırmızı rəngdə olur

– normal saytlar adətən https:// ilə başlayırsa, belə saytlarda buna rast gəlinmir (adətən belə http://);

– refund and return policy diqqətlə incələmək lazımdır;

-uzun müddət araşdırmalar və yazışmalar aparmaq, tanimadığınız, güvənmədiyiniz şəxslərdən qaçınılmalıdır.

-hansı şirkətin adından yazırlarsa, mütləq həmin şirkət haqqında ətraflı araşdırma aparmağınız lazımdır;

– Avropa kənarı, xüsusən də Afrika, Avstraliya əsaslı saytlar və emaillər gözardı edilməlidir;

-sizə təəccüblü gəlməlidir: nəyə görə dünyaca məşhur Amerikanın Nike firmasının məhsulları Çin, Vyetnam bazarında ucuz qiymətlərə satılmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir