sekil

Şəkillərdə: Dəniz canlıları plastik tullantıların pəncəsində

Baxış sayı: 2. 104

National Geographic dərgisi plastik tullantıların ətraf mühitə təsirini qabarıq göstərən şəkillər dərc edib.

Plastik tullantılardan ən çox zərər çəkən canlı təbiət və xüsusilə dəniz, okean, müxtəlif su hövzələrində yaşayan canlılardır.

plastik torbaya takılan leylek

Plastik torbaya ilişmiş bu hacıleylək İspaniyada lentə alınıb. Quşun bəxti gətirib ki, fotoqrafa rast gəlib, həmin adam şəkli çəkəndən sonra quşu torbadan azad edib.

kaplumbağa

Aralıq dənizinin İspaniya sahilinə yaxın olan hissəsində şəkli çəkilmiş bu tısbağa plastik kəndirlərdən toxunmuş köhnə balıqçı toruna ilişib qalıb.

Fotoqraf tısbağanı torun cəngindən azad etməsəydi, o, gec-tez öləcəkdi.

Köhnəlib atılan balıqçı avadanlığı tısbağa və digər növ dəniz canlıları üçün böyük təhlükə yaradır.

plastik kutuda yengeç

Yaponiyanın Okinava adasında bu krab, çimərlik qumluğunda gizlənmək üçün balıqqulağı tapmadığından plastik qapağın içinə sığınmağa məcbur olub.

Çimərliyə gələnlər balıqqularını suvenir kimi özləri ilə aparırlar, əvəzində isə sahil xəttinin plastik tullantılarla zibilləyirlər.

kapak fotoğrafı

National Geographic dərgisi buraxılışının böyük bir hissəsini plastik tullantılar probleminə həsr edib.

Su üzündə görünən tullantılar dünya okeanını zibilləyən plastik tullantı kütləsinin yalnız kiçik bir hissəsi ola bilər.

bangladeşte kıyıdaki plastik torbalar

Bu qadın plastik tullantıları Banqladeşdə, Dəkkə şəhərindən axan Buriqanqa çayında yuduqdan sonra sahildə qurudur.

Daha sonra bu plastik kütlə təkrar emala göndərilmək üçün dəllala satılacaq.

Dünyada plastik tullantıların yalnız 20 faizi təkrar emal olunur, ABŞ-da isə bu göstərici 10 faizdən də aşağıdır.

sırtlanlar

Göreşənlər Efiopiyanın Harare şəhəri yaxınlığındakı plastik tullantılar zibilliyində dolaşır.

Bu heyvanlar artıq yeni reallığa öyrəşib.

Zibillikdə yeməli bir şey tapılacağını bilən heyvanlar yaxınlaşan zibil maşınlarının səsini eşidən kimi buraya toplaşır.

Plastoc waste

Madridin mərkəzindəki Cibeles fontanı tullantı plastik butulka kütləsinə görə tıxaclanıb.

Luzinterruptus adlı art qrupu Madridin iki fontanını 60 minədək plastik butulka kütləsi ilə doldurub ki, tullantıların ətraf mühitə vurduğu zərəri daha qabarıq şəkildə cəmiyyətə çatdırmaq mümkün olsun.

deniz atı

Bu fotonun müəllifi Justin Hofman deyib ki, “bu şəkli çəkməsəydi, özünə daha rahat hiss edərdi”.

Dənizin dibindəki axınla üzmək üçün dəniz atları istənilən üzən əşyaya quyruğu ilə sarılaraq hərəkət etməyə adət edib.

Bu dəfə isə dəniz atının qarmağına plastikdən hazırlanmış qulaqtəmizləyən çöpü düşüb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir