5555

Turistlərə nifrət edilən 7 ölkə

Baxış sayı: 1. 498

Dünyanın ən qapalı, ən sərt idarə sisteminin hökm sürdüyü ölkələr belə turistlərin diqqətini cəlb etmək məqsədilə ölkənin müxtəlif yerlərində istirahət və əyləncə məkanları tikir. Şimali Koreyanın bütün səylərinə rəğmən, ölkədə bir dənə də olsun turist olmadığı halda, indi haqqında danışacağımız ölkələrdə turistlərə nifrət edirlər. Bu ərazilərda yaşayan yerli sakinlər turist axının qarşısını almaq üçün əllərindən gələni edir.

“Gencaile.az” sizə turistlərə nifrət edilən 7 ölkə haqqında maraqlı faktları təqdim edir:

 

1.Ko-Kay adası, Tailand

2016-cı ilin may ayından etibarən turistlərin ən çox axın etdiyi bu yerlərə giriş məhdudlaşdırılıb. Buna səbəb həddən artıq turist axınları nəticəsində adanın bəzi sahələrinin dəhşətli vəziyyətdə olmasıdır.

 

2. Butanın Himalay krallığı

Ölkəyə turistlərin girişi yalnız 1974-cü ildə sərbəst olub. Daha sonra hakimiyyət Butanın unikal mədəniyyətinin qorunub saxlanılması məqsədilə turistlərin sayını məhdudlaşdırmağa başlayıb. Artıq Butanı ziyarət etmək istəyən turistlər adam başına 1 gün üçün 245 dollar pul ödəməlidir.

 

3. Onsenin isti mənbələri, Yaponiya

Onsen mənbələri turistləri ilə məşhur olsa da, yerli sakinlər arasında turistlər bir o qədər də populyar deyillər. Yaponlar turistlərə nifrət edir. Buna səbəb turistlərin bədənlərində olan tatuajlardı. Yaponlar mümkün qədər bədənində və qolunda tatuaj olan turistləri əraziyə buraxmamağa çalışır.

 

4. Çinkve-Terre milli parkı, İtaliya

Çinkve-Terre YUNESKO-un Ümumdünya mirası siyahısına daxil olan ərazilərdən biridir. Əraziyə olan turist axınları 1,5 milyonu keçmişdi. Belə olan halda turistlərin parka girişi qadağan edilib.

 

5. Barselona, İspaniya

Barselonanın meri Ada Kolau sadəcə “ucuz hədiyyə mağazası” reputasiyasından o qədər bezmişdi ki, turistlər üçün tikiləcək olan yeni mehmanxana və istirahət zonalarının lisenziyalarını dondurdu. Həmçinin mer turizm vergisini çıxartdırıb, əcnəbilərin ölkəyə girişini məhdudlaşdırmağa qərar verib.

 

6. Amsterdam, Niderland

Amsterdamda marketinq üzrə əsas icraçı direktor Frans van Avert deyir ki, turistlər şəhərləri məhv edir: “Çoxsayda turistlərin ölkəyə axını keyfiyyətsiz nəticələr verir. Onların əksəriyyəti kobuddur, mədəniyyətə və ölkə qanunlarına hörmət etmir”.

 

7. Santorini, Yunanıstan

Bu ilin yay aylarının əvvəlindən adaya turistlərin girişinə məhdudiyyətlər qoyulacaq. Adaya sadəcə 8000 nəfər turist buraxılacaq. Hökümət adanın turist axınlarında boğulmasını istəmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir