peyvend

Peyvənd bədəni necə qoruyur? – ELMİ İZAH

Baxış sayı: 1. 410

Peyvənd sağlamlığın yaxşılaşdırılması üçün insanlığın atdığı ən böyük addımlardan biridir. İllər ərzində inkişaf etdirilən peyvənd sayəsində infeksiyanın nəzarətə alınması, azaldılması və hətta ortadan qaldırılması mümkün olub. Gigiyena qaydalarına əməl etmək, yaxşı qidalanmaq, ya da immunitet sistemini gücləndirən inyeksiyalar istifadə etmək peyvəndin yerini verə bilməz. Valideynlərin uşaqlarını yoluxucu xəstəliklərdən qorumaq üçün ən mühüm “silahı” bu peyvəndlərdir. Peyvəndlər həyatın erkən dövrlərində vurulmalıdır, çünki körpələr yoluxucu infeksiyalara qarşı həssasdır. Unutmayaq ki, peyvənd olunma, insanlar sadəcə özlərini deyil, ətrafındakıları da təhlükəyə atmış olur.

 

Peyvənd bədəni necə qoruyur?

Bədənimiz bir mikroba yoluxub qalib gəldiyində orqanizmdə xəstəliyə qalib gəlməyə yarayan antikor adlı qoruyucu maddə qalır. Eyni mikrobla yenə qarşılaşdığımızda hüceyrələrimiz mikrobu tez tanıyır və antikor dərhal hərəkətə keçərək mikrobu dəf edir. Peyvəndlər də infeksiyanı təqlid edərək immuniteti gücləndirir, ancaq bu təqlid xəstəlik yaratmaz, çünki peyvənd xəstəlik yaradan canlı mikrob yerinə zəiflədilmiş və ya ölü mikrob, yaxud mikrobun saxta bir parçası şəklində bədənə verilir.

Hamiləliyin son həftələrində ananın qoruyucu antikorları körpəyə keçər. Bu antikorlar körpəyə qismən qoruma təmin edir. Ancaq ömrü az olduğundan peyvəndlənməmiş körpələr təhlükəli xəstəliklər qarşısında müdafiəsiz qalır.

 

Nə vaxt peyvənd vurmaq olmaz?

Peyvəndlərin ciddi bir səbəb olmadan gecikdirilməsi düzgün deyildir. Az qızdırmalı, qızdırmasız hallar, antibiotik istifadə etmək, ya da xəstəliyin sağalma dövründə olmaq peyvənd üçün səbəb deyil. Orta ağır dərəcədə xəstəlik, ya da peyvəndə qarşı allergiya yaranıbsa, təxirə salmaq olar. Peyvəndlərin immunitetin pozulduğu zamanlarda vurulması təhlükəlidir. Dəyişik peyvəndlər bir arada və eyni gündə vurula bilər, körpəyə ağır gəlməz. İmmuniteti zəiflətməz, əksinə qüvvətləndirər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir