Deniz

Səhərlər günəş şüası qəbul etsəniz… – TÖVSİYƏ

Baxış sayı: 1. 290

Mövsüm dəyişməsi nəticəsində bioloji saatın pozulması ilə əlaqədar yaşanan depressiyanın çarəsi tapılıb: səhər günəşi

Hava açıq və günəşli ikən şən, tutqun və buludlu ikən cansız olan melanxolik insanlarda bunun səbəbi bioloji saatdakı axsamalardır.

Yaşanan depressiya əzələ və baş ağrıları, qəbzlik, bulantı kimi şikayətlərə səbəb olur. Mütəxəssislər deyir ki, bu şikayətlər bir həftədən çox davam edirsə, “fəsildəndir”, – deyib  keçmək yox, həkimə müraciət etmək lazımdır.

Yetərsiz günəş şüası qəbul etmədiyi üçün beyin kimyəvi maddələrin ziyanına məruz qalır və depressiyaya açıq vəziyyətdə olur. Buna görə səhərlər yarım saat günəş şüası qəbul etmək yaşanan depressiya və halsızlığın qarşısını alar.

Qadınlarda bu mövsümdə depressiyaya yaxalanma riski kişilərdən iki dəfə daha yüksəkdir.

Mövsüm depressiyasında diqqətini toplaya bilməyən və unutqan olan insanın işdə məhsuldarlığı azalır. İstəksizlik və edə bilməyəcəyini düşünməsi ilə məsuliyyətində axsamalar olur. Günəş şüasından faydalanmaqla yanaşı yetərincə yatmaq, vitamin qəbul etmək, müntəzəm yüngül idman etmək insana kömək edəcək.

Yuxuya getmək üçün spirtli içki içmək yanlışdır. Spirt bir zəhərdir və çox içilməsi başda depressiya olmaqla bir çox ruhi pozuntulara yol açır. Depressiya – duyğu, düşüncə, davranış və bədənə təsir edən bir xəstəlikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir