“Gencaile.az” müxtəlif ölkələrin indiyə kimi eşitmədiyiniz ən qəribə ənənələrini təqdim edir.
ABŞ-ın Arizona ştatında partlamış təkərli avtomobilin içində sevişmək qadağandır. Buna əməl etməyib ön oturacaqda sevişən cütlük 25, arxa oturacaqda sevişən isə 50 dollar cərimə ödəyir.
Qvineyada evli qadını yoldan çıxaran kişilərin əl və ayaq barmaqlarından biri kəsilir. Kəsilən barmaq onunla münasibət quran qadına yedizdirilir.
Qayanada hamamda sekslə məşğul olan cütlüklər əvvəl rənglənir, sonra eşşəyin arxasına bağlanaraq şəhərdə gəzdirilir.
Kolumbiyada gərdəyə girən qızın anası otağın bir kənarında oturub evliləri izləyir.
Hindistanda bəy gəlinin geyiminə görə məsuliyyət daşıyır. Toya gündəlik geyimlərlə gələn gəlin sonra yoldaşının ona verdiyi geyimi geyinir.
Koreyada evlilik ənənəsində qaz və ördək xüsusi yer tutur. Keçmiş ənənələrə görə, bəylər arxalarına canlı qaz bağlayaraq gəlin evinə gedirdisə, indi canlı deyil, taxta qaz bağlayırlar. Başqa bir ənənəyə görə, toydan sonra bir cüt taxta ördək bəy-gəlinin ardınca evlərinə aparılır. Əgər ördəklər üzbəüz qoyularsa , evliliklərinin yaxşı keçəcəyinə, tərs qoyularsa, dava edəcəklərinə inanılır.
Afrikanın bəzi bölgələrində bəy qızı ailəsindən istədikdən sonra qızın ailəsi təklifi qəbul edərsə, qızlarına pul və fıstıq verir. Gəlin fıstığı bəylə bölüşərkən cütlüyün bölüşməsinə kömək olan adama da bir parça verilir. Bu, qonşu və qohumlara toy dəvəti anlamına gəlir.
Satere-Mave qəbiləsi Braziliyanın Amazon bölgəsində yer alır. Bu qəbilə oğlan uşaqları üçün ağrı verən ayinlər yerinə yetirir. Buna görə, oğlanlar kişi olmaq üçün qarışqalardan hazırlanan əlcək geyinirlər. Qarışqalar o bölgədəki ən təhlükəli heyvanlardan biridir. İlk günlərdə 10 dəqiqə, sonrakı aylarda isə 20 dəfə bunu etməlidirlər.
Fillipində Limestone mağaraları ölülərin evi olaraq görülür. Ölülər bu mağaralarda yandırılır, buna görə mağarının kənarları tabutlarla əhatəyə alınıb. Bu ənənə Çində nəsli tükənən Bo və Toaraja qəbiləsində də yaşadılır.
Vatikandakı son araşdırmalar unudulmuş bir ənənəni yenidən ortaya çıxarıb. Romalılar ölülərlə birgə yemək yeyər və onları yedizdirərlərmiş. Qədim romalılar qohumlarının məzarlarına gedib onlarla piknik edərdilər. Məzarlardakı lövhələrdə ən yaxın yemək tapıla biləcək yerlərin adı qeyd olunur. Beləliklə, insanlar qohumlarını daha asan yedizdirirdilər.
Quamda bakirə halda evlənmək qadağandır. Bunun üçün qızlar bakirəliyini pul qarşılığında kişilərə pozdururlar.
Tanzaniya və Kenyada olan “Masai” qəbiləsində qəribə salamlama adəti var. Yeni körpə doğulduğunda onu lənətdən qorumaq üçün üzünə tüpürürlər. Kiçiklər böyükləri ilə salamlaşmadan əvvəl öz əllərinə tüpürürlər.
Hindistanın Solapur əyalətində valideynlər hər il bir araya gəlib körpələrini 150 metrlik qüllədən atırlar. Aşağıda böyük örtük tutan kəndlilər körpəni tuturlar. Bu ənənənin körpəyə uzun ömür, sağlıq bəxş etdiyinə inanırlar.
Eskimoların yaşlıları gücdən düşəndə intihar edirdisə, ficili yaşlı kişilər ölmək istədiklərini yaxınlarına deyirlər. Vaxtı gəldiyində isə yaxınları onları diri-diri basdırır.
Newlywedsdə yeni evlənən cütlük yerə sərilmiş həsirin üzərində hamının gözü önündə gərdəyə girir.